header

 Tramp: Evsizlər imicimizə zərər vurur

ABŞ prezidenti Donald Tramp evsiz insanların şəhərlərin imicinə zərər verdiyini açıqlayıb.

FaktXeber.com-un məlumatına görə, bu barədə The Washington Post xəbər verib.

«Biz Los-Ancelos, San-Fransisko və digər bunun kimi şəhərlərə orda baş verənlərə izn verməklə özlərini məhv etmələrinə imkan yarada bilmərik», - deyə Tramp jurnalistlərə bəyan edib.

ABŞ prezidentinin sözlərinə görə, Los-Ancelos və San-Fransiskoda insanlar ən yaxşı yollarda, küçələrdə, insanların böyük vergi ödədikləri ən gözəl binaların girişində yaşayırlar.

«Bir çox hallarda onlar başqa ölkələrdən gələrək, prestijinə görə Los-Ancelos, yaxud San Fransiskoya köçürlər və qəfil oralarda çadırlar yaranır. Yüzlərlə insan ofis binalarının girişində yaşayır…», - deyə Tramp bəyan edib.

Administrasiyanın məmurları  evsiz insanların çadır şəhərciyini sökməyi, müvəqqəti tikililər yaratmağı və dövlət idarələrində dəyişikliklər etməyi düşünürlər. Bu barədə nəşrə anonim mənbədən bildirilib.

Tramp həmçinin bildirib ki, polislər  evsiz insanlarla ünsiyyət qurduqları üçün xəstəliyə yoluxurlar: «Onlar həqiqətən xəstələnirlər, xəstəxanaya gedirlər. Biz buna yol verə bilmərik». 

ABŞ prezidenti Donald Tramp evsiz insanların şəhərlərin imicinə zərər verdiyini açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-19-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap