header

 Ruhani: Region ölkələrinin müqaviməti sönməz alovdur

İran İslam Respublikasının prezidenti bögənin ayıq-sayıq xalqlarının müqavimətini sönməz alov adlandırıb. Vurğulayıb ki, region düşmənləri yəmənlilərin xəbərdarlıqedici cavabından dərs almalı və bölgədəki müharibə alovunu söndürməlidirlər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında əlavə edib: Bölgə xalqlarının bədxahları Livan Hizbullahı, İraq Həşduşşəbisi, Suriya və Yəmən xalqlarının bacarıqlarını etiraf etmək yerinə, ittiham vurmaq ardıncadırlar.

Ruhani bölgə xalqlarının bədxahlarına xitabən deyib: İttiham vurmaq yerinə, xalqların gücünə inanın və bilin ki, heç bir hökumətdən söz getmir, xalqlar ayağa qalxıblar.

İran İslam Respublikasının prezidenti həmçinin Yəmənin günahsız xalqının qırğın edilməsi, bu ölkənin məktəbləri, evləri və xəstəxanlarının bombalanmasına toxunaraq, əlavə edib: Yəmənin böyük, sayıq və oyaq xalqı döyüşlərin başlayıcısı olmayıb. Ərəbistan, əmirliklər, amerikalılar, bəzi Avropa ölkələri və sionist rejim bölgədə savaş salaraq, Yəməni dağıdıblar.

Ruhani vurğulayıb ki, İran heç vaxt bölgədə qarşıdurmanın baş verməsini istəmir. O, deyib: İran şimal, şərq və qərbdəki bütün qonşuları ilə dostcasına, qardaşcasına və səmimi münasibətlərə malik olduğu kimi özünün cənub qonşuları ilə də dostcasına münasibətlər istəyir.

İran İslam Respublikasının prezidenti həmçinin bildirib ki, İranın bəzi ölkələrlə bank münasibətləri suift-dən istifadə etmədən həyata keçirilir. O, deyib: İranın Türkiyə, Rusiya və digər ölkələr, o cümlədən İraqla milli puldan istifadə ilə münasibətlər qurması münasibətlərin inkişafı yolundakı bir çox problemi aradan qaldıra bilər.

İranın icra hakimiyyətinin başçısı vurğulayıb ki, bu gün dünya səviyyəsində dollar ilə ciddi mübarizə formalaşmaqdadır. O, əlavə edib: Bu prosesin davam etməsilə Amerikanın beynəlxalq valyuta və maliyyə bazarları və bank sistemlərinə hökmranlığı zəifləyərək, məhv olacaqdır.

İran İslam Respublikasının prezidenti bögənin ayıq-sayıq xalqlarının müqavimətini sönməz alov adlandırıb. Vurğulayıb ki, region düşmənləri yəmənlilərin xəbərdarlıqedici cavabından dərs almalı və bölgədəki müharibə alovunu söndürməlidirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap