Səudiyyə Ərəbistanı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulub
Posted on : Digər sahələr 09/18/2019
Səudiyyə Ərəbistanı beynəlxalq dəniz təhlükəsizliyi koalisiyasına qatılıb.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə SPA xəbər agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib.
Qeyd edilib ki, "Beynəlxalq Dəniz Təhlükəsizliyi Strukturu" nun fəaliyyət göstərdiyi ərazilərə Hörmüz və Bab el-Mandeb boğazları, Oman və Fars körfəzi daxildir. Koalisiyaya ABŞ rəhbərlik edir.
Agentlik bildirir ki, beynəlxalq alyansın məqsədi ticarət gəmilərini naviqasiya təhlükəsizliyini təmin etmək, gəmiçilik və beynəlxalq ticarətin fəaliyyətinə zəmanət verməklə qorumaqdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı qlobal enerji təhlükəsizliyini və qlobal iqtisadiyyata davamlı enerji axını təmin etməyə çalışır.