header

 100-dən çox ölkənin əhalisi Hüseyn Ərbəini mərasimində iştirak edəcək

Dindar iraqlı dəstələrinin nümayəndəsi deyib ki, 100-dən çox ölkənin əhalisi Hüseyn Ərbəini mərasimində iştirak edəcək və onların arasında qeyri-müsəlmanlar da vardır.

Dindar iraqlı dəstələrinin nümayəndəsi Seyyid Həmid Əlhuseyni İranın 2-ci telekanalı ilə müsahibədə bildirib ki, bütün insanların Kərbəlaya çatmaq üçün Hüseyn Ərbəini mərasimində keçdikləri yol bütövlükdə min kilometrdən çoxdur. O, bildirib ki, qeyri-iraqlı əhalinin ən böyük yürüşünü iranlılar Nəcəfdən Kərbəlayadək həyata keçirirlər.

Əlhuseyni vurğulayıb ki, düşmən Hüseyn Ərbəini mərasimində müsəlmanlar arasında təfriqə salmaqda nakam qalıbdır.

O, deyib: Sünni əhlindən olan 20-dən çox dindar iraqlı dəstəsi Hüseyn Ərbəini zəvvarlarına xidmət göstərəcək.

İraqlı mənbələrin rəsmi statistikalarına görə, təqribən 14 milyon zəvvar ötənilki Ərbəin ziyarəti yürüşündə iştirak etmişdi ki, onların iki milyon nəfərdən çoxu İrandan idi.

Dindar iraqlı dəstələrinin nümayəndəsi deyib ki, 100-dən çox ölkənin əhalisi Hüseyn Ərbəini mərasimində iştirak edəcək və onların arasında qeyri-müsəlmanlar da vardır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap