header

 Kimin borcu varsa, mənimlə gəlməsin...

Kimin borcu varsa, mənimlə gəlməsin...

Musa ibn Ümeyr atasından nəql edir ki, İmam Hüseyn (ə) Aşura günü mənə belə buyurdu: 
 
نادِ أَنْ لا يُقْتَلَ مَعي رَجُلٌ عَلَيْهِ دَيْنٌ وَ نَادِ بِها فِي الْمَوالي فَإِنّي سَمِعْتُ رَسُولَ اللّهِ(صلى الله عليه وآله) يَقُولُ: مَنْ ماتَ وَ عَلَيْهِ دَيْنٌ أُخِذَ مِنْ حَسَناتِهِ يَوْمَ الْقِيامَةِ 
 
“(Bütün dostlarıma) elan et ki, kimin borcu varsa, mənimlə ölümə getməsin, çünki mən Allah Rəsulundan (s) eşitmişəm ki, buyurub: “Kim dünyadan borcu olan halda getsə, Qiyamət günü onun yaxşılıqlarından götürüləcək.” 
 
Başqa bir rəvayətdə Ümeyr Ənsaridən nəql olunur ki, İmam Hüseyn (ə) mənə belə buyurdu: 
 
نادِ فِى النّاسِ أَنْ لا يُقاتِلَنَّ مَعي رَجُلٌ عَلَيْهِ دَيْنٌ، فَإِنَّهُ لَيْسَ مِنْ رَجُل يَمُوتُ وَ عَلَيْهِ دَيْنٌ لا يَدَعُ لَهُ وَفاءً إِلاّ دَخَلَ النّارَ 
 
“Camaata de ki, kimin borcu varsa, mənimlə döyüşə gəlməsin, çünki kim borclu ikən bir çarə qılmadan dünyadan köçsə, Cəhənnəmə atılacaq.” 
 
Bir kişi qalxıb dedi: “Həyat yoldaşım mənim əvəzimə borcumu ödəyəcəyini qəbul edib.” 
 
İmam (ə) buyurdu: 
 
وَ ما كِفالَةُ امْرَأَة، وَ هَلْ تَقْضي إِمْرَأَةٌ 
“O qadının zəmanətinin nə faydası var? Onun bunu etməyə qüdrəti çatacaqmı?” (“İhqaqul-həqq”, c.19, səh.429.) 
 
Qəribədir ki, bir insan ən çətin və böhranlı vəziyyətdə, hətta öz səhabələri və dostlarının camaata olan borclarını diqqət mərkəzində saxlayır və razı olmur ki, borclular onunla döyüşə gedib şəhid olsun və camaatın haqları pozulsun. Bunu, həyatları başdan-ayağa haramla, camaatın haqları, hüquqları ilə dolmuş və bu haqlara azca da olsa əhəmiyyət verməyənlərin, ümumiyyətlə, “həqqün-nas” adında bir şeyə inanmayanların işi ilə müqayisə edin. (Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.657-659.) 
 
Maide.az
Kimin borcu varsa, mənimlə gəlməsin...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap