header

 Rusiya və İran SWIFT olmadan ödənişlər edə biləcək

ran və Rusiya Federasiyası, maliyyə mesajları ötürmək üçün SWIFT banklararası sistemindən istifadə etmədən ödənişlə bağlı milli sistem qurub.

 FaktXeber.com-un verdiyi məlumata görə bu barədə Mehr agentliyi İran Mərkəzi Bankının rəhbərinə istinadən xəbər verib.

"İran və Rusiya arasında SWIFT qlobal maliyyə məlumat ötürmə sistemindən istifadə etmədən, Rusiya maliyyə mesajlaşma sistemi və İran SEPAM vasitəsi ilə bank əlaqələri qurub", - deyə agentlik İran Mərkəzi Bankının rəhbəri Abdolnasser Hemmatiyə istinadla bildirib.

Sentyabr ayının əvvəlində RF prezidentinin köməkçisi Yuri Uşakov, Moskva və Tehranın SWIFT vasitəsilə ödəmələrə alternativ olaraq Rusiya maliyyə mesajlaşma sistemi və İİR SEPAM-ı qurulması üçün birlikdə çalışdıqlarını söyləmişdi.

SWIFT məlumat ötürmə və ödənişlər üçün beynəlxalq banklararası sistemdir. 200-dən çox ölkədəki ən böyük təşkilatların 10,8 mindən çoxu ona bağlıdır. Sistemin özü 2014-cü ilin oktyabrında Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmağında israr edən bir sıra dövlətlərin təzyiqi altında olduğunu bildirmişdi, lakin o bununla razılaşmayıb.

ran və Rusiya Federasiyası, maliyyə mesajları ötürmək üçün SWIFT banklararası sistemindən istifadə etmədən ödənişlə bağlı milli sistem qurub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap