Rusiyanın 17 bölgəsində İŞİD-in hücrələri aşkar edilib
Posted on : Digər sahələr 09/17/2019
FSB və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları 2019-cu ildə Rusiyanın 17 bölgəsində terror hücrələri aşkar edib.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RİA Novosti Daxili İşlər Nazirliyinin Ekstremizmə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Oleq İlinıxa istinadən xəbər verir.
Onun sözlərinə görə, asayiş keşikçiləri İŞİD terror təşkilatının üzvlərini Krasnodar, Stavropol və Krasnoyarsk ərazilərində, həmçinin Moskva, Həştərxan, Vladimirski, Moskva, Rostov, Samara, Saratov, Tümen bölgələrində, Dağıstan, Adıgey, Kabardino-Balkar, Çeçenistan respublikalarında, Xantı-Mansiysk və Yamalo-Nenets Muxtar Dairələrində aşkar edib.
Bundan əlavə, 2019-cu ilin ilk altı ayında polis və FSB əməkdaşları terror xarakterli 972 cinayəti müəyyən edib.