header

 ABŞ-ın neft obyektlərinə hücum hədəsinə İran cavab verdi

Amerikalı senatorun İranın neft obyektlərinə hücum ehtimalını nəzərdən keçirmək təklifi absurddur.

FaktXeber.com-un verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bəyan edib.

"Bu cür açıqlamalar yersiz və absurddur", -  deyə Musəvi mətbuat konfransı zamanı bildirib.

Xatırladaq ki, bundan əvvəl Respublikaçı senator Lindsi Qrehem Tehranın "təxribatlarını davam etdirəcəyi" təqdirdə İranın neft obyektlərinə hücum ehtimalını müzakirə etmək üçün səlahiyyətlilərə müraciət edib. Bu sözlər ABŞ Dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücumlarda İranı günahlandırdıqdan sonra deyilib.

İran Xarici İşlər Nazirliyi Pompeonun ittihamlarını "yalan" adlandırdı.

Şənbə günü neft obyektlərinə hücumdan sonra ən böyük ixracatçı və üç ən böyük neft istehsalçısından biri olan Səudiyyə Ərəbistanı hasilatı gündəlik 9,8 milyon səviyyəsindən 5.7 milyon barelə qədər azaltdığını söyləmişdi.

Yəmənin Ənsarullah hərəkatının üzvləri hücumda məsuliyyəti öz üzərlərinə götürüblər. Buna rəğmən Pompeo, hücumun Yəməndən gəldiyinə dair heç bir dəlil olmadığını ifadə edərək, birbaşa İranı günahlandırdı.

Amerikalı senatorun İranın neft obyektlərinə hücum ehtimalını nəzərdən keçirmək təklifi absurddur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap