header

 Pompeonun cəfəngiyyatı: İran Ərəbistanın neft təsisatlarına hücumda məsuliyyət daşıyır

ABŞ dövlət katibi heç bir sənəd və fakt təqdim etmədən İranın Ərəbistanın neft təsisatlarına hücumda məsuliyyət daşıdığını bildirib.

Mayk Pompeo twitter-də İran İslam Respublikasına qarşı əsassız iddialarını təkrar edərək, bu dəfə iddia edib ki, Tehran yəmənlilərin şənbə günü ərəbistanın neft təsisatlarına qarşı pilotsuz əməliyyatının arxasında durubdur.

Belə bir halda, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri bir bəyanat yayıb. Bildirib ki, bu əməliyyat Yəmənin beşillik mühasirəsi və təcavüzkar koalisiyanın cinayətlərinə cavab istiqamətində və yəmənlilərin təbii və qanuni haqqı çərçivəsində həyata keçirilib.

Pompeo İrana qarşı ittihamlarının davamında son zamanlar iddia etmişdi ki, İran İslam Respublikası mühasirə olunmuş Yəmənə silah göndərir.

Yəmən rəsmiləri isə dəfələrlə bu iddianı rədd ediblər. Vurğulayıblar ki, bu ölkə ordusunun müdafiə gücü tamamilə yerlidir və Yəmənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə olunmasına rəğmən, günü-gündən artmaqdadır.

ABŞ dövlət katibi heç bir sənəd və fakt təqdim etmədən İranın Ərəbistanın neft təsisatlarına hücumda məsuliyyət daşıdığını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap