header

 Hicab dünyanı fəth edir

Son on ildə bütün dünyada ənənəvi müsəlman qadın geyimləri - hicab getdikcə məşhurlaşır.

Son on ildə bütün dünyada ənənəvi müsəlman qadın geyimləri - hicab getdikcə məşhurlaşır. 
 
Tashaio.com "islamnews"a  istinadla xəbər verir ki, əlbəttə ki, qadınların ənənəvi olaraq hicab geyindikləri ölkələrdən danışmırıq, söhbət hələ bir neçə il əvvəl hicablı qadın görmə ehtimalının demək olar ki sıfır olduğu ölkələrdən gedir.
 
Hicabın populyarlığı o qədər sürətlə artmağa başlayıb ki, Dolce & Gabban, Uniqlo, Modanisa kimi böyük dünya markaları müsəlman qadın geyimlərinin kolleksiyalarını yaratmağa başlayıblar. Moda dizaynerləri qlobal tendensiyaları, həmçinin müştərinin əhval-ruhiyyəsindəki kiçik dəyişiklikləri belə əldən verməməyə çalışırlar.
 
Son illərdə Avropa və Amerika şəhərlərinin küçələrində hicab taxan qadınların sayı sürətlə artmağa başlayıb. Əvvəllər yalnız müsəlman ölkələrinin fərqləndirici cəhəti olan hicab indi Avropa və Amerika mağazalarında və podiumlarında görünməyə başlayıb.
 
İlk vaxtlar Avropa ölkələrinin sakinləri şəhərlərdə hicablı qadınların getdikcə çoxalmasından narazılıqlarını bildirirdilər. Lakin zaman keçdikcə müsəlmanlar ictimai rəyi hicab lehinə dəyişməyə müvəffəq oldular.
Dünya İslam İqtisadiyyatı Vəziyyəti haqqında Hesabatda dərc olunan məlumata əsasən, 2020-ci ildə müsəlmanlar dəbli geyim və aksesuarlara təxminən 330 milyard dollar xərcləyəcəklər.
 
Tanınmış şirkətlər və moda dizaynerləri belə nəhəng, sürətlə inkişaf edən bazardan vaz keçə bilməzlər.
Son on ildə bütün dünyada ənənəvi müsəlman qadın geyimləri - hicab getdikcə məşhurlaşır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-11-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap