header

 İsrail rejimi Qəzzanı bombaladı

Sionist İsrail rejiminin pilotsuz uçuş aparatları və tankları sentyabrın 7-si səhər saatlarında Qəzzanı bombalayıb.

Sionist İsrail rejiminin pilotsuz uçuş aparatları və tankları sentyabrın 7-si səhər saatlarında Qəzzanı bombalayıb.

 

Tashaio.com Palonfo-ya istinadən xəbər verir ki, İsrail rejiminə aid PUA-lar Qəzzanın şimal və şərqindəki Şucaiyə, Beyt Hanun və Beytlahiya qəsəbələrindəki yaşayış məntəqələri ilə müqavimətə məxsus hədəfləri 5 dəfə bombalayıb.

 

Bu hücumlardan sonra Qəzzada güclü partlayış səslərinin eşidildiyi, ancaq mümkün dağıntı və itki haqqında bu ana qədər bir açıqlama verilməyib.

 

İsrail rejimi Qəzzadan işğal altındakı Fələstinin cənubuna 5 raket atılmasına cavab olaraq bu hücumları həyata keçirdiyini bildirib.

 

Cümə nümayişlərinə İsrail rejiminin qüvvələrinin atəş açması nəticəsində şəhid olan 2 fələstinlinin intiqamını almaq üçün Qəzza müqaviməti ötən gecə İsrail rejiminin qəsəbələrinə 7 ədəd Qrad raketi ataraq cavab verib. Atılan Qradlardan ikisinin Sderot qəsəbəsinə düşməsindən sonra qəsəbə içində şiddətli partlayışların eşidildiyi bildirilib.

 

Blokadanı Yarmaq və Böyük Qayıdış Yürüşü fəaliyyətləri çərçivəsində Qəzzanın şərqində dünən (6 sentyabr) həyata keçirilən 73-cü həftəlik aksiyalara İsrail rejimi əsgərlərinin atəş açması nəticəsində iki nəfər şəhid olmuşdu.

 

 

Fələstin Səhiyyə Nazirliyi 17 yaşlı Əli Sami Əli Əl-Əşkarın Qəzzanın şimalında və Qəzza şəhərinin şərqində də şəxsiyyəti hələ açıqlanmayan bir şəxsin şəhid olduğunu bildirib.

 

Nazirlik sionist əsgərlərin nümayişçilərə açdığı atəş nəticəsində 38-i həqiqi gülləylə olmaqla 66 nəfərin də yaralandığını açıqlayıb.

Sionist İsrail rejiminin pilotsuz uçuş aparatları və tankları sentyabrın 7-si səhər saatlarında Qəzzanı bombalayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap