Aşura mərasimi üçün İmam Hüseynin (ə) hərəminə Kərbəla çölündən qum gətirildi
Posted on : Aşura 09/05/2019
İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində Aşura günü ilə bağlı xüsusi hazırlıqlar görülür.
İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində Aşura günü ilə bağlı xüsusi hazırlıqlar görülür.
Tashaio.com İmamhussain saytına istinadən xəbər verir ki, hər il milyonlarla zəvvarın iştirak etdiyi Aşura mərasimi üçün insanların daha rahat hərəkətini təmin etmək üçün müqəddəs hərəmin giriş çıxışlarına qum səpilir.
Hərəmin mühəndis-texniki idarəsinin rəsmisi deyib ki, hərəmin əsas giriş-çıxış qapılarına Kərbəla çölündən gətirilmiş qum tökülüb. Bu insanların hərəmə giriş çıxışlarında daha rahat hərəkət etməsi və zədələnməməsinə kömək edəcək.
Hər iki ziyarətgahın daxilinə qırmızı xalçalar yerləşdirilib və əzadarlıq heyətləri üçün yürüş meydanı hazırlanıb.