header

 BMT:‘ABŞ, Britaniya və Fransa Yəməndə müharibə cinayətlərinə şərikdir’

BMT müharibənin davam etdiyi Yəməndə törədilən müharibə cinayətlərində ABŞ, Böyük Britaniya və Fransanın da cinayətlərdə şərik olduğunu bildirib.

BMT müharibənin davam etdiyi Yəməndə törədilən müharibə cinayətlərində ABŞ, Böyük Britaniya və Fransanın da cinayətlərdə şərik olduğunu bildirib.
 
Tashaio.com "deyerler.org"a istinadla xəbər verir ki, BMT-nin İnsan Haqları Şurası tərəfindən Yəməndəki insan haqları pozuntularının araşdırılması üçün yaradılan 3 nəfərlik Beynəlxalq Yəmən Nümayəndə Heyəti Cenevrədə keçirdiyi mətbuat konfransında ikinci hesabatını açıqlayıb.
 
Euronews-dan Mustafa Bağın xəbərinə görə, hesabatda Yəmən rejimi, Səudiyyə rejimi, Birləşmiş Ərəb Əmirlikləri və Ənsarullah hərəkatının beynəlxalq insan haqlarını pozduğu və tərəflərin böyük ehtimalla müharibə cinayəti törətdikləri bildirilib.
 
Müharibə taktikası ilə vətəndaşları aclığa məhkum edən Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya silah satan, kəşfiyyat və maddi-texniki dəstək təmin edən Fransa, Böyük Britaniya və ABŞ-ın da bu cinayətin şərikləri olduğu bildirilib.
 
Keçən il dərc olunan hesabatdakı oxşar tapıntılara yer verilən hesabatda, həmçinin vuruşan tərəflərə silah satan ölkələrin də Yəməndə baş verən humanitar faciə və hüquq pozuntularına götə məsuliyyət daşıdıqları vurğulanıb.
 
Nümayəndə heyətinin hesabatında, savaşan tərəflərin son 5 ildə hava hücumları, ayrı-seçkilik güdməyən bombardmanları, snayperlər, minalar, özbaşına cinayət və həbslər, işgəncə, cinsi zorakılıq, uşaq döyüşçülər və humanitar yardımların qarşısının alınması vasitəsilə mümkün müharibə cinayətləri törətdiyi qeyd edilib.
 
Qərb ölkələrinin silah satışı səbəbindən Yəməndəki müharibənin davam etdiyi qeyd olunan hesabatında, Yəməndə müharibənin tərəfi olan mərkəzlərə silah satışının qadağan edilməsi istənilib.
 
Keçirilən mətbuat konfransında danışan Melissa Parker belə danışıb: “Hadisəyə tərəf olan ölkələrə silah tədarükü, münaqişələrin davam etməsini və Yəmən xalqının çəkdiyi ağrıların müddətini də uzadır. Buna görə də, üzv dövlətlərin münaqişənin tərəfi olan ölkələrə silah satmamasını istəyirik”.
 
BMT-nin müstəqil nümayəndə heyətinin üzvlərindən müşahidəçi Çarlz Qarravey də belə deyib: “Bu müharibədə təmiz heç bir əl yoxdur”.
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək ABŞ və bir sıra digər Qərb ölkələrinin dəstəyi ilə Yəmənə amansız hücumlar  təşkil edir.  Bu təcavüz nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Səudiyyə Ərəbistanı rejiminin Yəməni mühasirədə saxlaması və ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
 
BMT müharibənin davam etdiyi Yəməndə törədilən müharibə cinayətlərində ABŞ, Böyük Britaniya və Fransanın da cinayətlərdə şərik olduğunu bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap