header

 Səudiyyənin hücumları nəticəsində 3500-dən artıq yəmənli uşaq həlak olub-RƏSMİ

Səudiyyə Ərəbistanının işğalçı hücumları zamanı 7000 min uşaq hədəf alınıb, 1 milyon 900 min uşağın aclıqla üzləşib.

FaktXeber.com-un Shafaghna-ya istinadla verdiyi məlumata görə, bu barədə Yəmən Səhiyyə Nazirliyinin yayımladığı rəsmi statikadan məlum olub.

Məlumata görə, Səudiyyə başda olmaqla koalisiya qüvvələrinin işğalı nəticəsində 3534 yəmənli uşaq öldürülüb, 3600 uşaq yaralanıb. Onlardan bəziləri ömürlük əlil qalıb. Bundan başqa ölkəyə tətbiq olunan hava, quru və dəniz mühasirəsi səbəbindən təxminən 2 milyon yəmənli uşaq yetərsiz qidalanır.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Səudiyyə Ərəbistanının işğalçı hücumları zamanı 7000 min uşaq hədəf alınıb, 1 milyon 900 min uşağın aclıqla üzləşib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap