header

 Hizbullah: “İsrail rejiminə məxsus hərbi maşın vuruldu, bu hələ cavab deyil”

İsrail rejimilə Livanın Hizbullah hərəkatı arasında bir həftədir davam edən gərginlik sərhəddə qarşıdurmaya çevrilib.

İsrail rejimilə Livanın Hizbullah hərəkatı arasında bir həftədir davam edən gərginlik sərhəddə qarşıdurmaya çevrilib.

 

Tashaio.com PressTV-yə istinadən xəbər verir ki, Hizbullah İsrail rejiminin Avivim bölgəsindəki hərbi maşını raketlə vurduğunu bildirib. Hizbullah verdiyi yazılı açıqlamada, saat 16:15 radələrində Həsən Zəbib və Yasir Dahir Şəhidlər Qrupu İsrail rejiminin şimalındakı Avivim hərbi məntəqəsini vuraraq, içində olanları öldürdüyü və yaraladığını qeyd edib.

 

Hizbullah daha sonra vurduğu hərbi maşında İsrail rejiminin Şimal bölgəsinə görə məsul sionist generalının öldüyünü və həmin generalın fotosunu paylaşıb.

 

Sionist ordusu Livandan İsrail rejimi tərəfinə tankəleyhinə raketləri atıldığını təsdiqləsə də, tələfatın olmadığını bildirib.

 

İsrail rejiminin mətbuatı isə, Livan sərhədinə 4 kilometr məsafədəki regionlarda sığınacaqların açıldığını və xalqa evlərində qalmalarının tələb edildiyini yazıb. Sionist mediası Livan tərəfindən tankəleyhinə raketlərinin İsrail Silahlı Qüvvələri (İDF) bazasını və hərbi maşınlarını hədəfə aldığını bildirib.

 

Qarşıdurma, İsrail rejimində seçkiyə üç həftədən qısa müddət qalmış baş verib. İsrail rejimi ilə Hizbullahı müharibənin astanasına gətirən hadisələr, bir həftə əvvəl Livanın paytaxtı Beyrutun cənubuna təşkil olunan dron hücumu ilə başlayıb. Bombalı iki dronla Hizbullahın qalasına təşkil olunan hücumdan sonra təşkilat İsrail rejimini cəzalandıracağı ilə təhdid etmişdi.

 

Sonra Livan ordusu İsrail rejiminə aid bir dronun hava məkanını pozduğunu bildirib.

 

Livanın hava məkanına girən dronun yandırıcı maddə atdığı, sərhəddəki meşədə yanğın baş verdiyi bildirilib. Hadisəni İsrail rejimi də təsdiqləyib. Yanğının İsrail rejiminin ordusunun bölgədəki əməliyyatından qaynaqlandığı bildirilib.

 

Bu hadisədən bir neçə saat sonra Hizbullahın tankəleyhinə raketlə etdiyi cəzalandırıcı hücumu baş verdi. İsrail rejimi ilə Hizbullah arasında 2006-cı ildə bir ay davam edən bir müharibə baş vermişdi.

 

 

Hizbullah: “İsrail rejiminə məxsus hərbi maşın vuruldu, bu hələ cavab deyil”


Hizbullah: “İsrail rejiminə məxsus hərbi maşın vuruldu, bu hələ cavab deyil”


Hizbullah: “İsrail rejiminə məxsus hərbi maşın vuruldu, bu hələ cavab deyil”

 

 

 

 

 



İsrail rejimilə Livanın Hizbullah hərəkatı arasında bir həftədir davam edən gərginlik sərhəddə qarşıdurmaya çevrilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap