BMT Səudiyyə Ərəbistanı rejiminin Yəməndə həbsxanaya hücumunu qınayıb
Posted on :
Digər sahələr
09/02/2019
BMT Baş Katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits təcavüzkar Səudiyyə Ərəbistan qüvvələrinin Zamar şəhərində həbsxanaya edilən hava hücumunu qınayıb.
BMT Baş Katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits təcavüzkar Səudiyyə Ərəbistan qüvvələrinin Zamar şəhərində həbsxanaya edilən hava hücumunu qınayıb.
Tashaio.com "AA"a istinadla xəbər verir ki, M.Qriffits Səudiyyə Ərəbistanın başçılq etdiyi koalisiya qüvvələrinin həbsxanaya hücumunu araşdırmağa çağırıb.
Baş verənləri faicə adlandıran BMT nümayəndəsi deyib ki, Yəmən daha gözləyə bilməz. "Dinc sakinlər arasında aclıq və günahsiz qurbanların sayını azaltmaq üçün yeganə yol hərbi əməliyyatların dayandırılmasıdır. Sadə vətəndaşlar arasında ölüm halları yolverilməz həddə çatıb. Yəmən sakinlərinin təhlükəsizliyi təmin olunmalıdır".
Qeyd edək ki, təcavüzkar Səudiyyə Ərəbistanı rejim qüvvələri Yəməndə həbsxanaya hücumu nəticəsində 80 nəfər həyatını itirib.