header

 Ayətullah Amili: İran bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Ərdəbilin imam cüməsi: “Qarabağın işğal edildiyi 30 il boyunca İran bütün beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edib və rəsmi surətdə Qarabağın Azərbaycana aid olduğunu bildirib.”

Həzrət Ayətullah Amili Ərdəbilin cümə namazı xütbələrinin bir hissəsində deyib: “Azərbaycan Respublikasının yüksək səviyyəli rəsmisinin Amerika qarşısında verdiyi açıqlamaya görə çox şadıq. Son günlərdə Azərbaycanın yüksək səviyyəli rəsmilərindən biri Amerikaya səfər edib, bu ölkənin Konqres, düşüncə mərkəzləri və dövlət katibliyinin bir sıra nümayəndələri ilə Azərbaycan və Ermənistan arasındakı münaqişə barədə danışıqlar aparıb. Amerikalılar qəsdən sanksiya məsələsini irəli çəkilblər və deyiblər ki, siz İrana qarşı sanksiyalarda bizimlə əməkdaşlıq etmirsiniz. Azərbaycanlı rəsmi bunu qəbul etməyib və deyib: Bizim cəmiyyətimizin bir hissəsi Naxçıvanda mərkəzdən ayrı düşmüşdür və Ermənistanın mühasirəsində yaşayır. İranın köməkləri olmadan onların yaşaması mümkün deyildir. 500 min nəfərlik əhalisi olan Naxçıvan öz işıq və qazını İrandan alır, bizim Naxçıvandakı cəmiyyətimizin öz yaşayışını davam etdirmək üçün əsas yolları İranın yardımlarına bağlıdır. Belə olan halda biz İrana qarşı sanksiyalara necə qoşula bilərik. Halbuki, iranlılar keçmişdə və indi naxçıvanlıların həyat çırağını yandırmışdır.”

Cümə namazı xətibi daha sonra deyib: “Azərbaycan rəsmisi etiraf edir ki, İran olmasaydı Naxçıvan əldən gedərdi. Bundan əvvəl də Heydər Əliyev Naxçıvanda olduğu vaxt Qarabağ müharibəsi barədə dedi: Əgər Şərqi Azərbaycan valisi bizə un və çörək göndərməsəydi, biz mütləq süqut edərdik. Bir neçə il bundan əvvəl Azərbaycan Respublikası prezidenti İrana səfər etdi və iranlı komandir onunla görüşdə dedi: Siz o vaxt Avropada olanda mən öz qüvvələrimlə Qarabağda döyüşürdüm. Sonra da iranlı qüvvələrin Heydər Əliyevin qarşısında parad keçdiyi filmi ona göstərdilər.”

İmam cümə əlavə edib: “1993-cü ildə Ermənistan ordusu asanlıqla irəlilədi və çox asanlıqla Horadizi aldı. Horadizin alınması ilə Mil-Muğan Su Anbarı onların əlinə düşdü və bir il onların əlində qaldı. Ermənilərin Horadizə hücumu barədə Heydər Əliyev Az Tv kanalında çıxış edərək dedi: “Bizim əsgərlərimiz döyüş cəbhəsini tərk edərək İrana sığınıblar, beləliklə ermənilər Bəhmənli və İmişliyə qədər gəliblər.”

Əgər Ermənistan ordusu iki ay da orada qalsaydı, Bakı mühasirəyə düşəcəkdi və Bakı dövləti süqut edəcəkdi. Burada İran çox heyrətli bir iş görərək özünün həm quru, həm də hava məkanını Azərbaycan Respublikasının ixtiyarında qoydu. İranın bu hərəkəti ilə Azərbaycan ordusu Ermənistan ordusunu qayçıladı və iranlı qüvvələrin köməyi ilə Ermənistan ordusunu 50 km geri oturtdu. Beləliklə, Horadizdən əlavə digər 35 kənd də azad oldu. İran Azərbaycan ordusunu Xudafərin Su Anbarına qədər çatdırdı, lakin onlar anbarı saxlaya bilmədilər. O vaxt Kəlbəcər və Füzulinin də bir neçə kəndi azad oldu.

Bu əməliyyat 1994-cü ilin 5-6-da baş tutmuşdur. O vaxt Azərbaycan ordusunun generalı Ramalov idi. Bu əməliyyatdan sonra Ermənistan ordusu ilk dəfə olaraq atəşkəsi qəbul etdi və irəliləməsini dayandırdı.”

Ərdəbil əyaləti əhalisinin Rəhbərlik Ekspertlər Məclisində təmsilçisi İranın Azərbaycana digər yardımlarına da toxunaraq deyib: “İran hərbi yardımlardan əlavə, 70 min azərbaycanlı köçkünü sığınacaqla hərtərəfli təmin etdi. İran Araz sahilində Azərbaycan Respublikası ərazisində onlar üçün düşərgə saldı. O vaxt Azərbaycan Respublikasında vəziyyət elə qarışıq idi ki, bu 70 min nəfər ya dilənçilik etməli idi, ya da ölməli idi. Heydər (Azərbaycan Respublikasının mərhum prezidenti) bu düşərgəyə baxış keçirdi və dedi: Bura mənim iqamətgahımdan yaxşıdır. Bir qoca qadın yerindən qalxıb dedi: Cənab prezident, bura sənin iqamətgahından yaxşı deyil, İran bizə çox yaxşı diqqət ayırıb. Siz təkcə öz icra hakimlərinizə deyin ki, İranın bizə verdiyi nefti oğurlamasınlar!”

Ayətullah Amili İranın Azərbaycan Respublikasına yardımları barədə çıxışının ardında deyib: “O vaxt Parsabadın fərmandarı mərhum Hacı Musa Əlinejad idi. Heydər Əliyev onu Bakıya apardı və icra hakimləri arasında ona təşəkkür edərək, qiymətli hədiyyələr verdi. Orada bildirdi ki, bu hədiyyəni düşərgənin müəzzininə hədiyyə edirəm.”

Ərdəbilin imam cüməsi vurğulayıb: “Qarabağın işğal olunduğu bu 30 il müddətində İran bütün təşkilatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edib və rəsmi olaraq Qarabağın Azərbaycan Respublikasına aid bilib, (Qarabağda) qondarma hökuməti tanımayıb.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi çıxışının davamında deyib: “Bunlar Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına yardımlarının çox kiçik bir hissəsi idi və bunları ona görə dedim ki, İranın Məclisinin ağzına gələni və hesab-kitabsız söz danışmaqda məşhur olan bir nümayəndəsi son günlərdə İran dövlətini Qarabağ məsələsində ittiham etmişdir. Heyrətlisi isə odur ki, Xarici İşlər Nazirliyi onun açıqlamasına heç bir münasibət bildirməmişdir. Mən Məclisin bu nümayəndəsinə deyirəm: Sizin Məclisiniz sübuta yetirdi ki, iqtisadiyyatda heç bir bacarığa malik deyil və iqtisadi böhranı həll etmək üçün dövlətə bir layihə təqdim edə bilmədi. Əlbəttə, Məclisdə xüsusi adamlar vardır və onlar hörmətə layiqdirlər.

Sənin bu açıqlaman və digər təmsilçilərin sükutundan məlum olur ki, bu Məclis hətta xarici siyasətin əlifbasını da bilmir.

Mən bu nümayəndəyə tarixi hekayə çərçivəsində bir tövsiyə edirəm: Zülmkar bir padşah arifdən nəsihət istəyir. Arif deyir: Mənim sənə nəsihətim odur ki, çox yat! Padşah deyir: Bu necə dəstur-əməldir? Arif deyir: Əgər sən çox yatsan, xalq sənin zülmündən xilas olar.”

 

Ərdəbilin imam cüməsi: “Qarabağın işğal edildiyi 30 il boyunca İran bütün beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edib və rəsmi surətdə Qarabağın Azərbaycana aid olduğunu bildirib.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-01-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap