header

 Ameikan pilotsuzun vurulması "Müharibə kölgəsi" psixoloji əməliyyatını aradan götürdü

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib ki, Amerikanın supermodern casusluq təyyarəsinin bu qüvvələr tərəfindən İranın ölkə səmasında vurulması "Müharibə kölgəsi" psixoloji əməliyyatını aradan götürdü.

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı general pasdar Əli Hacizade deyib: Əmin idik ki, İrana bir hücum edilməyəcək. O, əlavə edib: İrana hücuma dair geniş psixoloji əməliyyat düşmənin İranı müzakirə masasına qaytarmaq üzrə bir vasitəsi idi.

General Hacizade söyləyib: İran bu gün bir nöqtəyə çatıbdır ki, amerikalıların supermodern casusluq təyyarələrini vurub, yerə salır və amerikalılar nəinki bir iş görmürlər, əksinə ölkələrinin digər təyyarəsini hədəfə almadığı üçün İrana təşəkkür də edirlər.

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı belə qeyd edib: Amerikan pilotsuzun vurulması ilə ilk dəfə olaraq dünya xalqları bildilər ki, Amerikanın qüdrəti puçdur.

Amerikanın casusluq pilotsuzu iyunun 20-də İranın ölkə səmasına təcavüzdən sonra Sepah-ın hava-kosmos qüvvələri tərəfindən hədəfə alınaraq, məhv edildi.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib ki, Amerikanın supermodern casusluq təyyarəsinin bu qüvvələr tərəfindən İranın ölkə səmasında vurulması "Müharibə kölgəsi" psixoloji əməliyyatını aradan götürdü.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-29-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap