header

 Ayətullah Amili: Azərbaycanın öz hava bazalarını sionist rejiminin ixtiyarında qoyması çox narahatedicidir

Ərdəbilin imam cüməsi deyib: “Azərbaycan dövlətinin sionist rejimlə əməkdaşlıq etməsi, ölkəni və hava bazalarını sionist rejimin ixtiyarında qoyması bizim üçün çox narahatedicidir.”

Ərdəbilin imam cüməsi deyib: “Azərbaycan dövlətinin sionist rejimlə əməkdaşlıq etməsi, ölkəni və hava bazalarını sionist rejimin ixtiyarında qoyması bizim üçün çox narahatedicidir.”

Tsahaio.com – Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində sionist rejimin Amerikanın dəstəyi ilə region ölkələrini təhdid etməyə cürətlənməsinə toxunaraq deyib: “Çox təssüfləndiricidir ki, bizim qonşu ölkə Azərbaycan Respublikası sionistlərin dronlarının eniş-uçuş məkanına çevrilib. Həqiqətdə, Azərbaycan Respublikası Amerikaya və sionist rejiminə xidmətçi olmağı ilə iftixar edir.”

İmam cümə daha sonra deyib: “İraq xalqı Amerikaya həddindən artıq nifrət edir. Sionist rejim dronlarının Həşd-Şəbi qüvvələrinə namərdcəsinə hücumu bu ölkə dövlətini İranla daha artıq dostluq və münasibətə sövq edəcəkdir.

Sionist rejimin hərəkətləri və Amerikanın ona dəstək verməsi İraqda qorxulu dini və etnik müharibə üçün şərait yaradır. Bu regionun xalqları vəhdət və birliyi qorumaqla bu təfriqəni aradan qaldırmalıdır.”

Ayətullah Amili Azərbaycan Respublikasının dövlət başçılarına müraciət edərək deyib: “Azərbaycan Respublikasının başçıları yaxşı olar ki, Amerika və sionist rejimin mahiyyətini başa düşsünlər, əmin olsunlar ki, onlar öz rəftarlarında sədaqətli olsaydılar, bugün Qarabağ azərilərin əlində olardı.”

İmam cümə Azərbaycan Respublikasının Amerika və sionist rejiminə qulluqbazlığına toxunaraq deyib: “Amerikalılar ermənilərə dəstək verir, Azərbaycan isə amerikalılara və sionistərə qırmızı xalça sərir. Bu ölkə başçıları öz dost və düşmənini tanımalıdır.”

Ərdəbilin imam cüməsi deyib: “Azərbaycan dövlətinin sionist rejimlə əməkdaşlıq etməsi, ölkəni və hava bazalarını sionist rejimin ixtiyarında qoyması bizim üçün çox narahatedicidir.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-26-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap