Bəhreyn rejimi insan haqlarını tapdalamağa davam edir
Posted on : Digər sahələr 08/22/2019
Bəhreyndə Ali Xəlifə diktator rejiminin təhlükəsizlik qüvvələri bəhreynli əlil Hani Məhəmməd Ən-Nəccarı həbs ediblər.
Bəhreyndə Ali Xəlifə diktator rejiminin təhlükəsizlik qüvvələri bəhreynli əlil Hani Məhəmməd Ən-Nəccarı həbs ediblər.
Tashaio.com LualuaTV-yə istinadən xəbər verir ki, 14 fevral Gənclər Koalisiyasının siyasi bürosunun rəhbəri İbrahim Əl-Aradi Twitter üzərindən verdiyi bəyanatında, haqqında danışılan əlil vətəndaşın sağlamlığıyla əlaqədar bütün məsuliyyətin Bəhreyn rejiminə aid olduğunu bildirib.
O, həbsxanaya salınan Hadi Məhəmməd Ən-Nəccarın anadangəlmə “Proksimal əzələ zəifliyi” xəstəliyinə mübtəla olduğunu qeyd edib.
Xatırladaq ki, Bəhreyn rejimi 2011-ci ildən etibarən Bəhreyn xalqının dinc nümayişlərini qan tökərək və nümayişçiləri həbsxanaya salaraq dayandırmağa çalışsa da, indiyə qədər müvəffəqiyyətli ola bilməmişdir.