header

 Yəmən Səudiyyə rejiminin hərbi mərkəzlərini bombaladı

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri bu gün (22 avqust) səhər Səudiyyə rejiminə aid Kral Xalid hava bazasına qarşı iki ayrı əməliyyat təşkil edib.

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri bu gün (22 avqust) səhər Səudiyyə rejiminə aid Kral Xalid hava bazasına qarşı iki ayrı əməliyyat təşkil edib.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin Asir əyalətində yerləşən Kral Xalid hava bazasının Qasif 2K PUA-ları ilə hədəfə alındığını qeyd edərək, keçirilən iki əməliyyatda hərbi rabitə mərkəzi və döyüş təyyarələrinə yanacaq təchiz edən anbarların hədəfə alındığını və hər iki əməliyyatda hədəfin uğurla və dəqiq vurulduğunu söyləyib.

 

Sərii əməliyyatların Səudiyyə rejimi və koalisiya qüvvələrinin Yəmən xalqına qarşı cinayətlərinə cavab vermək məqsədiylə edildiyini qeyd edib.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Cizandakı birgə əməliyyat mərkəzinin də ballistik raketlə hədəfə alındığını bildirib.

 

Sərii Samta şəhərində olan əməliyyat mərkəzinə ballistik raketlə təşkil olunan hücumda, aralarında komandirlərin də olduğu xeyli sayda insanın öldüyünü qeyd edib.

 

Koalisiya qüvvələri tərəfindən mövzuyla əlaqədar açıqlama verilməyib.

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri bu gün (22 avqust) səhər Səudiyyə rejiminə aid Kral Xalid hava bazasına qarşı iki ayrı əməliyyat təşkil edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap