Ermənilərin Stalin tərəfindən Qarabağ torpağlarında yerləşdirilməsi tam aydınlandı
Posted on : qafqaz 10/16/2017 12:59:30 PM
VİRTUAL KONFRANS: Fələstinlilər kimsəni gözləmədən mübarizələrini daşla da olsa, aparırlarş
“Ərdəbil Məhde Təşəyyo ” -a istinadən məlumata görə, “QÜDS VƏ QARABAĞ EYNİ DƏRDDƏ!”– YAXIN ŞƏRQDƏ GEOPOLİTİK VƏZİYYƏT VƏ AZƏRBAYCAN – III VİRTUAL KONFRANS öz işinə başlayıb. Bildiyimiz kimi, hər il dünyada mübarək Ramazan ayının son cümə günü müsəlmanlar tərəfindən Beynəlxalq Qüds Günü kimi geniş qeyd edilir. Bu günlərdə dünya ölkələrində elmi konfranslar keçirilir, seminarlar təşkil edilir, Fələstin torpaqlarının təcavüzə məruz qalması haqda həqiqətlər dünyaya çatdırılır. Lakin bu günün mahiyyəti bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan dövlətinin ictimai-siyasi sferasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan xalqı bu tarixi gündən istifadə edərək Qarabağ dərdini, faciəsini bəşəriləşdirə və problemə lazımi hüquqi qiyməti tələb edə bilər. Bu münasibətlə 09.07.14 tarixindən etibarən QÜDS VƏ QARABAĞ EYNİ DƏRDDƏ!”: GEOPOLİTİK VƏZİYYƏT –mövzusunda III VİRTUAL KONFRANSA start verilib. Konfransın budəfəki suallarına ilahiyyatçı Emil Rahiloğlu cavab verəcək:
- Qüdslə Qarabağın hansı oxşar cəhətləri var?
- Qüdslə Qarabağın həm tarix baxımından, həm düşmən və düşmənin iddiası baxımdan olduqca yaxın və oxşaq cəhətlər mövcuddur. Əlbəttə, insanlığa təcavüz, hüquqların pozulması, zülmə məruz qalma prinsipindən tam eynidirlər. Bunu görməmək olmaz. Tarix və düşmənin iddiası baxımından deyərkən bunu nəzərdə tuturam ki, hər iki tərəfdə əvvəlcə əcnəbilərin yerləşdirilmə prossesi gedib. O cümlədən xaricdən deportasiya olunmuş yəhudilərin yavaş-yavaş uzun illər Fələstin torpaqlarında yerləşdirilməsi və ya ermənilərin Stalin tərəfindən Qarabağ torpaqlarında yerləşdirilməsini tam çılpaqlığı ilə buna misal olaraq göstərmək olar. Hər iki hakimiyyətdən torpaqlara və xalqa xəyanətini də, həmçinin oxşar cəhət kimi göstərmək olar. Necə ki, Qüdsün işğalında bütün müsəlman dünyası susdu və bacardıqları qədər köməklik göstərmədilər, həmçinin Qarabağ məsələsində də bu məsələ eynilik təşkil etdi. Necə ki, Fələstinin işğalına, yəhudilərin Fələstin torpaqlarına təcavüz etməsinə dünya və müsəlman xalqlarının əksəriyyəti susur və susmaqda da israrlıdırlar, eynən Qarabağ məsələsində də biz bunu müşahidə edirik. Bu və ya digər oxşar cəhətləri mənə elə gəlir saymaqla bitməz. Amma fələstinlilər və bizdə olan ümdə fərqi də qeyd edim ki, fələstinlilər hələ də mübarizələrini kimsəni gözləmədən daşla da olsa, aparırlar. Biz isə bu məsələdə tam süstlük nümayiş etdirərək torpaqlarımızın azadlığını kimlərdənsə umuruq. Bir halda ki, bizim hərbi büdcəmiz Ermənistan dövlətinin büdcəsindən çoxdur.
- Xaricə muzdla döyüşə gedən təkfirçilər Azərbaycan üçün hansı təhlükəyə malik ola bilər? axı biz deyirik ki, hüquq mühafizə orqanları güclüdür?
- Təbii ki, muzdla döyüşə gedən təkfirçi, qayıdarkən öz xalqı üçün təhlükədir. Bu qaçılmazdır. Baxın. Bir nəfər həkimdir, insanlara şəfa bəxş etməklə yanaşı, həm də öz peşəsindən pul qazanır. Bir nəfər polisdir, müstəntiqdir, vəkildir, hakimdir və s. Bunlar da xalqa hüquqi çərçivədə xidmət göstərərək həm də öz peşəsinə görə dövlətdən aylıq ayrılan əmək haqqı alır. Bir nəfər müəllimdir. İnsanlara gələcək və savad bəxş edir. Bir nəfər rəngsazlıq, bənnalıq, dəmirçilik, dülgərlik və ya fəhləlik edərək alın təri ilə pul qazanır. Bütün bu saydıqlarım xalqa və ya insanlığa xidmət edərək pul qazanmaq yollarıdır. Bir nəfər isə tam əksinə. İnsanları və insanlığı öldürərək pul qazanır. Xüsusən də ən təhlükəlisi budur ki, bu muzdurlu onun kimi düşünməyənləri və inanmayanları öldürür. Bu şəxs onun övladı, valideyni, ən yaxını, əzizi, qonşusu və s. ola bilər. O zaman bu əlini əzizlərinin də qanına batırmalı olacaqdır. Bu cür insanlar sifarişlə insan öldürən muzdurlulardan da təhlükəlidir. Hüquq mühafizə orqanlarına gəlincə isə bunu deyə bilərəm ki, onların da günahı az deyil. Yuxarıdan nə əmr və sifariş gələcəksə, onu da edəcəklər. Əlbəttə, bu yerdə xalqın da iradəsi şərtdir. Xalq özü təhlükəni hiss edərək onlardan tələb etsə, inanıram ki, nəticəsi olacadır.