header

 İsrail rejiminin döyüş təyyarələri Qəzzanı bombaladı

İsrail rejiminə aid döyüş təyyarələri bu gün səhər Qəzzanın şimalını bombalayıb.

İsrail rejiminə aid döyüş təyyarələri bu gün səhər Qəzzanın şimalını bombalayıb.

 

Tashaio.com palinfo-ya istinadən xəbər verir ki, yerli mənbələr İsrail rejimi döyüş təyyarələri Qəzzanın şərqindəki Şərq qəbiristanlığı yaxınlığında bir əkinçilik ərazisini və Qəzzada Tuffah məhəlləsinin şərqində bir obyekti hədəf alan hücumlar təşkil etdiyini qeyd edib.

 

Yerli mənbələrin verdiyi məlumatlara görə, İsrail rejiminin təyyarələri Qəzzanın mərkəzi bölgəsindəki Deyrul-Bəlahın şərqində də bir əkinçilik ərazisinə ən azı dörd raket atıblar.

 

İsrail rejiminə məxsus təyyarələrin hücumlarının hədəfə alınan bölgələrdə ciddi qorxu və təlaşa səbəb olduğu, ancaq hər hansı bir tələfat haqqında məlumat verilmədiyi qeyd edilib.

 

Hələ bombardmanda baş verən dağıntı və tələfat barədə ətraflı məlumat verilməyib.

 

İsrail rejimi ordusunun sözçüsü Avixay Adri Twitter üzərindən verdiyi açıqlamasında, orduya aid döyüş təyyarələrinin Qəzzanın şimalına və mərkəzi hissəsinə təşkil etdikləri hava hücumunda HƏMAS-a aid 2 yeri vurduğunu qeyd edib.

İsrail rejiminə aid döyüş təyyarələri bu gün səhər Qəzzanın şimalını bombalayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap