header

 İraq hava məkanında ABŞ hərbi təyyarələrinin uçuşlarına məhdudiyyət qoyuldu

İraqın baş naziri Adil Əbdülmehdi İraqdakı ABŞ hərbi təyyarələrinin uçuşlarına məhdudiyyət qoyan xüsusi fərman imzalayıb.

İraqın baş naziri Adil Əbdülmehdi İraqdakı ABŞ hərbi təyyarələrinin uçuşlarına məhdudiyyət qoyan xüsusi fərman imzalayıb.

 

Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, Adil Abdulmehdi Bağdadın cənubunda iki gün əvvəl İraq ordusuna aid silah anbarında baş verən partlayışdan sonra, avqustun 16-sı İraq təhlükəsizlik şurasının xüsusi iclasında bu xüsusi fərmanı imzalayıb.

 

İraqın birgə hərbi komandiri tərəfindən verilən açıqlamada, İraq hava məkanının Amerika hərbi təyyarələrinin bütün uçuşlarına məhdudiyyət qoyduğu bildirilib.

 

Fərmana görə, İraqdakı ABŞ hərbi təyyarələri bundan sonra İraq ordusunun xəbəri istiqamətində uçuş edəcək və bundan kənar uçuş edən təyyarələr düşmən olaraq qəbul ediləcək və hədəfə alınacaq.

 

Qeyd edək ki, avqustun 12-si Bağdaddakı İraq silahlı qüvvələrinə aid sursat anbarında baş vermiş partlayışda bir nəfər həlak olmuş, 29 nəfər yaralanmışdı. Bəzi xəbər mənbələri partlayışın naməlum bir hərbi təyyarə tərəfindən həyata keçirildiyini yazmışdılar.

 

İraqın baş naziri Adil Əbdülmehdi İraqdakı ABŞ hərbi təyyarələrinin uçuşlarına məhdudiyyət qoyan xüsusi fərman imzalayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap