İran: “Şeyx Zəkzəki ilə bağlı istənilən yardıma hazırıq”
Posted on : iran 08/14/2019
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi Nigeriya İslami Hərəkatının (İMN) baş katibi Şeyx İbrahim Zəkzəki ilə həyat yoldaşının müalicə üçün Hindistana göndərilməsini məmnunluqla qarşıladıqlarını bildirib.

Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, Şeyx Zəkzəkinin tamamilə yaxşılaşması və sağlamlığına qovuşmasını diləyən Musəvi, belə deyib: “Ümid edirik Şeyx Zəksəkinin xaricdə olması ilə şiələrin hüquqlarının təmin olunması, məhbusların azadlığa buraxılması və Nigeriya İslam Hərəkatına qarşı məhdudiyyətlərin ləğvi mövzusunda Nigeriya İslami Hərəkatı ilə hökumət arasındakı problemlərin həllinə yaxşı bir fürsət ola bilər”.
Musəvi, həmçinin İranın bu prosesi dəstəklədiyini və bu mövzuda istənilən bir yardıma hazır olduğunu bildirib.