Zərif: “Livan müqaviməti sionist rejimin məğlub olma imkanını sübut etdi”
Posted on : iran 08/14/2019
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Livan milləti və müqavimətinin İsrail rejiminin məğlubiyyətə məruz qalma imkanını dünyaya sübut etdiyini deyib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Livan milləti və müqavimətinin İsrail rejiminin məğlubiyyətə məruz qalma imkanını dünyaya sübut etdiyini deyib.
Tashaio.com Mehrə istinadən xəbər verir ki, Zərif Livan Əl-Əhd saytına verdiyi açıqlamasında, 2006-cı ildə 33 günlük müharibədə Livanın İslami Müqavimətinin zəfərini qeyd edib.
Zərif Livan xalqı və İslami müqavimətinin sionist rejimin müharibə və qan tökmək üçün hər şeyi edə bilməyəcəyini göstərdiklərini söyləyib: “Bu qələbə bütün bölgənin, beynəlxalq hüquq və əlaqələrin qələbəsi idi və bölgə ilə dünya xalqları Livan milləti, İslami Müqavimət və Hizbullahın müqavimətinə borcludurlar, çünki bunlar İsrail rejimi ilə yanaşı, İŞİD-in təkfirçi terrorçuları qarşısında da dayandılar”.