Zərif Avropaya xəbərdarlıq etdi: “İkinci 60 günlük müddət sona yaxınlaşır”
Posted on : iran 08/08/2019
İranın Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) adlanan nüvə müqaviləsində qalan tərəflərə tanıdığı ikinci 60 günlük müddətin yarısının bitdiyi bir vaxtda, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif üçüncü addımın atılacağı xəbərdarlığını verib.

Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif Tehranda təşkil etdiyi mətbuat konfransında, Avropa İttifaqının ABŞ-ın JCPOA-dan çıxmasından sonra bəzi sözlər verdiyini, Aİ-nin bu sözlərini yerinə yetirdiyi təqdirdə, indiki mərhələni geridə qoymağın mümkün olduğunu bildirib. Əks halda isə, İranın öhdəliklərini təxirə salmaq üçün atdığı iki addımı kimi, üçüncü addımı da atacağını bildirib.