header

 Yaponiyalı gənc tarixçi İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi

Yaponiyalı bir gənc tarixçi İmam Cavadın (ə) şəhadət ildönümü ilə üst-üstə düşən gecə Qüds Rəzəvi ostanında İslam dinini qəbul edib.

Yaponiyalı bir gənc tarixçi İmam Cavadın (ə) şəhadət ildönümü ilə üst-üstə düşən gecə Qüds Rəzəvi ostanında İslam dinini qəbul edib.

 

Tashaio.com Astan News-a istinadən xəbər verir ki, özünə Hüseyn adını seçən 21 yaşlı yaponiyalı gənc belə danışıb: “4 aydır Camiətul Mustafa Beynəlxalq Dini Elmlər Mərkəzinin Tokiodan bir qrup tələbə ilə birlikdə universitet işimi tamamlamaq üçün İrandayam. Əvvəlcə araşdırma aparmaq məqsədilə ciddi bir fars təhsili kursunu keçdim, eyni zamanda İslam dərsləri və İslam memarlığı təhsilini aldım.

 

Məşhəd şəhərinə ilk səfərimdə İmam Rzanın (ə) müqəddəs ziyarətgahına çox böyük marağım oldu və bu müqəddəs məkanın əzəməti və memarlığı məni çox heyrətləndirdi və ilk baxışdan buranı memarlıq baxımından çox zövqlü gördüm”.

 

Yaponiyalı yeni müsəlman gənc açıqlamasının davamında bunları deyib: “İşin yekunlaşması və yaponiyalı qrupun geri dönməsindən sonra mən Məşhəddə qalaraq, İslam dini ilə əlaqədar araşdırma aparmağa qərar verdim. Bu gün öz ölkəmə qayıtmaq istəyərkən, Qüds Rəzəvi ostanının mütəxəssisləri ilə etdiyim söhbətdən sonra müsəlman olaraq, İslam dinini qəbul etməyə qərar verdim.

 

İmam Rzanın (ə) müqəddəs ziyarətgahı şiə dünyasının ən mühüm təriqət və mədəniyyət yerlərindən biridir, xüsusi və fərqlənən bir mövqeyə malikdir. Bura insanın beynini və qəlbini Allaha yönəldən İslam sənətinin və memarlığının birləşməsidir”.

Yaponiyalı bir gənc tarixçi İmam Cavadın (ə) şəhadət ildönümü ilə üst-üstə düşən gecə Qüds Rəzəvi ostanında İslam dinini qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap