header

 Ənsarullah BƏƏ heyətinin İrana səfərindən məmnundur

Yəmənin Ənsarullah hərəkatı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) nümayəndə heyətinin İranın paytaxtı Tehrana etdiyi səfəri müsbət hal kimi qiymətləndirib.

Yəmənin Ənsarullah hərəkatı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) nümayəndə heyətinin İranın paytaxtı Tehrana etdiyi səfəri müsbət hal kimi qiymətləndirib.

 

Tashaio.com Ansarollah-a istinadən xəbər verir ki, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Twitter üzərindən verdiyi açıqlamasında, İran-BƏƏ dəniz sərhədlərindəki əməkdaşlıq imkanlarının müzakirə olunduğu 6-cı Birgə Sahil Təhlükəsizlik Toplantısı üçün Tehranda olan BƏƏ nümayəndə heyətinin səfərinin, Yəməndəki vəziyyətə təsirinin olacağını vurğulayıb.

 

“BƏƏ-nin İrandan verdiyi mesaj müsbətdir”, - deyə Əl-Husi bildirib.

 

Tehranda dünən (30 iyul) başlayan və bu gün sona çatması gözlənilən 6-cı Birgə Sahil Təhlükəsizlik Konfransında, İran və BƏƏ-nin Fars körfəzindəki əməkdaşlıq imkanları, iki ölkə vətəndaşlarının dəniz sərhədlərindən keçidləri, qanunsuz keçidlər və qarşılıqlı kəşfiyyat paylaşımını asanlaşdırma məsələləri müzakirə olunur.

 

İran və BƏƏ sonuncu dəfə 2013-cü ildə Birgə Sahil Təhlükəsizlik Konfransını keçirmişdi.

 

Fars körfəzində ABŞ, Böyük Britaniya, Səudiyyə rejimi və İran arasındakı gərginliyin zirvəyə çıxdığı bir vaxtda BƏƏ ilə İranın körfəz təhlükəsizliyinə dair 6 illik fasilədən sonra birgə konfrans keçirməsi diqqətə səbəb olub.

 

Digər tərəfdən, regional məsələlərdə İrana qarşı Səudiyyə rejiminin cərgəsində yer alan BƏƏ rəhbərliyinin son vaxtlar İrana qarşı cəhdlərindən geri addım atdığı barədə xəbərlər mediada tez-tez yer tapır.

 

 

Yəməndə Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya dəstək verən BƏƏ, bu ölkədəki hərbçilərini geri çəkəcəyini bildirmişdi.

Yəmənin Ənsarullah hərəkatı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) nümayəndə heyətinin İranın paytaxtı Tehrana etdiyi səfəri müsbət hal kimi qiymətləndirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-01-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap