header

 Xəzərdə qəzaya uğramış İran gəmisinin bütün ekipaj üzvləri xilas edilib

İran İslam Respublikasının Azərbaycan Respublikasındaskı səfiri Xəzər dənizi sularında qəzaya uğramış İran gəmisinin bütün 9 nəfər ekipaj üzvünün xilas edilməsindən xəbər verib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındaskı səfiri Xəzər dənizi sularında qəzaya uğramış İran gəmisinin bütün 9 nəfər ekipaj üzvünün xilas edilməsindən xəbər verib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə,Cavad Cahangirzadə İRİB-in müxbirinə verdiyi müsahibədə deyib: 9 nəfərlik ekipaj üzvləri ilə İranın Ənzəli limanını Rusiyanın Mahaçqala limanına doğru tərk etmiş 900 ton kaşı və keramika yükü daşıyan bu gəmi yerli vaxtla saast 14.35 dəqiqədə qəzaya uğrayıb və Azərbaycan Respublikasının dənizçilik təşkilatına bu barədə məlumat verib ondan yardım istəyib. Dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin iki ədəd vertolyot və sərhəd gəmisi qəzaya uğramış İran gəmisinin ekipaj üzvlərinə yardıma cəlb edilir və sevindirici haldır ki, 7-si iranlı , 2-si hindistanlı olan bütün 9 nəfər ekipaj üzvləri xilas edilir.

Cahangirzadə Şəbahəng adlı  Bu gəminin İranın özəl sektoruna aid olduğunu və yerli vaxtla 16.24 dəqiqədə İran Astarasından 22 mil məsafədə Azərbaycan Respublikasının Lənkəran sularında batdığını bildirərək deyib: Bu kimi hadisə ilk dəfədir ki bu formada baş verir və onun səbəbləri mütəxəssislər tərəfindən araşdırılmalıdır, baxmayaraq ki, bu gün Xəzər dənizində hava şəraiti ağı imiş və dalğaların hündürlüyü daha çox olub.

İranın səfiri deyib: Bizə verilən məlumatlara görıə, gəmi Ənzəli limanını tərk edərkən bütün texniki yoxlamalar həyata keçib və hərəkət icazəsi alınıb və məhz buna görə də texniki məsələlər sonralar müvafiq rəsmilər tərəfindən araşdırılmalıdır.

Cahangirzadə deyib: Bütün ekipaj üzvləri sahilə köçürülüb və bu gecə Bakıya gətiriləcək.

İran İslam Respublikasının Azərbaycan Respublikasındaskı səfiri Xəzər dənizi sularında qəzaya uğramış İran gəmisinin bütün 9 nəfər ekipaj üzvünün xilas edilməsindən xəbər verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-27-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap