header

 Ərəbəin zəvvarlarının hərəkəti üçün Bağdad-Kərbəla yolunda yenidənqurma işləri

İraq hökuməti Bağdad-Kərbəla yolunda Ərəbəin zəvvarlarının hərəkəti üçün yolda yenidənqurma işləri həyata keçirir.

İraq hökuməti Bağdad-Kərbəla yolunda Ərəbəin zəvvarlarının  hərəkəti üçün yolda yenidənqurma  işləri həyata keçirir. 
 
Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, hazırda Bağdad şəhərində Kərbəla şəhəri istiqamətinə 5 kilometr yol Ərbəində piyada yürüş edən zəvvarlar üçün hazırlanıb.  Yolun qalan hissəsində də yenidənqurma işləri davam etdirilir. 
 
Qeyd edək ki,  Bağdad-Kərbəla yolu ilə  Ərbəin ziyarətinə Bağdad şəhər sakinləri ilə yanaşı Kərkük, Diyali, Səlahəddin və Ərbil əyalətlərinin də əhalisi piyada Kərbəlaya gedir.  
 
Bundan başqa təyyarə ilə Bağdada gələn əcnəbi  zəvvarlarda bu yoldan istifadə edir.  
 
Xatırladaq ki, İran Ərbəin günlərində Xosrəvi sərhəd-keçid məntəqəsinin açıq olacağın və zəvvarların bu istiqamətdən ziyarətə gedə biləcəyini açıqlayıb. 
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktyabr  tarixinə təsadüf edir.
İraq hökuməti Bağdad-Kərbəla yolunda Ərəbəin zəvvarlarının hərəkəti üçün yolda yenidənqurma işləri həyata keçirir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-27-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap