header

 Yəmən: “Səudiyyə rejimi və BƏƏ-nin 300 nöqtəsini vura bilərik”

Yəmən Milli Qurtuluş Hökumətinin yüksək səviyyəli rəsmisi Əbdüləziz Əhməd Əl-Bəkir Səudiyyə rejimi və BƏƏ-yə aid 300 mövqeyi vurmağa hazır olduqlarını və hərbi rəsmilərin qərar verməsi vəziyyətində həmin mövqeləri vuracaqlarını deyib.

Yəmən Milli Qurtuluş Hökumətinin yüksək səviyyəli rəsmisi Əbdüləziz Əhməd Əl-Bəkir Səudiyyə rejimi və BƏƏ-yə aid 300 mövqeyi vurmağa hazır olduqlarını və hərbi rəsmilərin qərar verməsi vəziyyətində həmin mövqeləri vuracaqlarını deyib.

 

Tashaio.com xəbər verir ki, Mehrnews-a müsahibə verən Əbdüləziz Əhməd Əl-Bəkir, regional proseslərə dair mühüm bəyanatlar verib. Müsahibə aşağıdakı kimidir:

 

Yəmənli qüvvələr tərəfindən yeni raketlər və PUA-lar tanıdılmışdır. Bu yeni avadanlıqların müharibədə mühüm bir təsiri ola bilər?

 

Bu əslində böyük bir nailiyyətdir və regional tənliklərdə bəzi əhəmiyyətli proseslərə səbəb ola bilər. Düşmənlər yəmənlilərin bu inkişaf etmiş PUA-lara malik olacaqlarını düşünmürdülər. Amma sonra çaşbaş qaldılar. Yəmənin PUA-ları təcavüzkar ölkələrin paytaxtlarına çatır.

 

Digər tərəfdən, raket birliklərimiz düşmənə aid 300 nöqtəni hədəfə almaq qabiliyyətinə malikdir. Hərbi rəsmilərin qərar verməsilə həmin mövqeləri silahlarımızla vurarıq.

 

Bu mövqelər Səudiyyə rejimi və BƏƏ-nin hərbi komandanlıq mərkəzləridir. Ancaq bu hədəflər təkcə Yəmən torpaqlarında deyil, Səudiyyə rejimi və BƏƏ-nin paytaxtlarına qədər bir ərazini əhatə edir.

 

İşğalçılara qarşı müqavimətin mübarizəsini necə qiymətləndirirsiniz? Bundan başqa, Səudiyyə rejimi və müttəfiqləri üçün nə kimi sürprizlər hazırlamısınız?

 

Yeri və vaxtı gələndə Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinə güclü və həlledici bir şəkildə reaksiya veriləcək. Bu heyrətləndirici reaksiyamızla bağlı danışmayacam. Bunu meydanda göstərəcəyik.

 

Sizə görə BƏƏ qüvvələrinin Yəməndən geri çəkilmə qərarının arxasında nələr var? Onlar yəmənli qüvvələrin Abu Dabi ilə Dubaya hücum etməsindən qorxurlar?

 

Birləşmiş Ərəb Əmirliklərinin geri çəkilmə qərarı Amerika və sionistlər tərəfindən verilmişdir. İsrail rejiminin Yəmənə hücumlarda tərəfdaşlıq etdiyi inkar olunmaz bir məsələdir.

 

Yəmənin istefa verərək, qaçmış sabiq prezidei Əbdür-Rabbu Mənsur Hadinin xarici işlər naziri Xalid Əl-Bəhhahın Varşava konfransında Binyamin Netanyahu ilə yanaşı oturması ilə birlikdə, Yəmənə hücumların ilk aylarında sionistlərin Bab Əl-Məndab boğazının İran nüvə proqramından daha çox İsrail rejiminin təhlükəsizliyinə təhdid yaradacağı fikrini irəli sürməsi buna işarə edir. Belə ki, Yəmən ordusu ilə inqilabi xalq komitələrinin nailiyyətləri sionistlərə böyük zərbə vurur. Ər-Riyad rejimi ilə BƏƏ yalnız bir vasitədir. Onlar gördükləri zülmün nəticəsini görəcəklər.

Yəmən Milli Qurtuluş Hökumətinin yüksək səviyyəli rəsmisi Əbdüləziz Əhməd Əl-Bəkir Səudiyyə rejimi və BƏƏ-yə aid 300 mövqeyi vurmağa hazır olduqlarını və hərbi rəsmilərin qərar verməsi vəziyyətində həmin mövqeləri vuracaqlarını deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-25-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap