header

 Nigeriyada əsgər və polisə hicab sərbəstliyinin verilməsi tələb olundu

Cənubi Afrikadan sonra Nigeriya müsəlmanları da ordu və polis məntəqələrində hicab sərbəstliyinin verilməsini istəyib.

Cənubi Afrikadan sonra Nigeriya müsəlmanları da ordu və polis məntəqələrində hicab sərbəstliyinin verilməsini istəyib.

 

Tashaio.com İQNA-ya istinadən xəbər verir ki, Nigeriyada müsəlman insan haqları təşkilatı (MURİC) ordu və polis məntəqələrində hicab sərbəstliyinin verilməsini istəyib.

 

MURİC-in sədri İshak Akintola bəyanatında belə qeyd edib: “MURİC olaraq Nigeriya ordusu, polisi və digər təhlükəsizlik orqanlarında xidmət edən qadınların hicabdan istifadə etməsinə icazə verilməsini tələb edirik”.

 

Bəyanatda, Cənubi Afrikada orduda qadınlara hicab istifadəsinə icazə verildiyi xatırladılaraq, belə qeyd olunub: “Cənubi Afrikada müsəlmanlar əhalinin 1.9%-ni təşkil edir, ancaq Nigeriyanın əksəriyyəti müsəlmandır. Nigeriya ordusu və polis məntəqələrində xidmət edən bir çox müsəlman xanım sözügedən problemlərinin həllini gözləyir. Bu səbəblə səlahiyyətləri anlayışlı olmağa dəvət edirik”.

 

 

Cənubi Afrika ordusunun uniformasını müsəlman mənsublarına görə dəyişdirdiyi, məsələnin Böyük Britaniya, Kanada, ABŞ, Norveç və Yeni Zelandiya kimi ölkələrin də gündəmində olduğu vurğulanan açıqlamada, belə deyilib: “Bizim ordumuz və polisimiz də eyni şeyi etməlidir”.

 

Bəyanatda, həmçinin buna ilk olaraq müsəlmanların sıx yaşadığı şimal əyalətlərində başlanması təklif olunub.

Cənubi Afrikadan sonra Nigeriya müsəlmanları da ordu və polis məntəqələrində hicab sərbəstliyinin verilməsini istəyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-25-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap