header

 Zərif ABŞ televiziyasında: “Biz Meksika körfəzinə getmədik, ABŞ İrana gəldi”

ABŞ-da fəaliyyət göstərən PBS telekanalında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin qonaq olduğu bir proqram işıq üzü görüb.

ABŞ-da fəaliyyət göstərən PBS telekanalında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin qonaq olduğu bir proqram işıq üzü görüb.

 

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, aparıcı Cudi Vudraffın proqramında, Zərifə ABŞ-İran münasibətlərindən regional proseslərə qədər müxtəlif mövzularda suallar verilib.

 

“ABŞ tərəfindən Hörmüz boğazında vurulan İran PUA-sından başlayaq”, - deyən Vudraff, M.C.Zərifə, “Prezident Tramp bu prosesi İranın təxribat və düşmənçilik hərəkətlərinin nəticəsi olduğunu dedi. Siz necə görürsünüz?”, sualını verib.

 

M.C.Zərif isə, ABŞ-ın İran PUA-sını vurmadığı məlumatının düzgün olduğunu deyərək, cavab verib: “Əvvəlcə biz hər hansı bir PUA-nı itirməmişik. Yəni PUA-larımızadan biri vurulmamışdır. Bəlkə öz PUA-larının birini vurublar. Hesabatda da başqasının PUA-larını vurduqları məlumatı gedir. Təxribat məsələsinə gəlincə, vurulan bizim PUA-mız olsa belə, biz öz torpaqlarımızdayıq. ABŞ Donanmasına aid bir gəmi sahilimizin 6 min mil kənarında dayanır. Bu səbəbdən kimin təxribatçı hərələt etdiyini soruşmaq istərdim”.

 

M.C.Zərif ABŞ-ın rəsmi mövqeyinin İranla müharibə axtarışında olmayan bir kursda olması xatırladılanda isə, belə deyib: “Biz Meksika körfəzinə getməmişik, onlar İrana gəliblər. Suverenliyimizə, ərazi bütövlüyümüzə və ya təhlükəsizliyimizə zərər vurmaq məsələsində diqqətli olmalıdırlar”.

 

İranın uran zənginləşdirmək qərarına dair də açıqlamalar verən M.C.Zərif, mövcud nüvə müqaviləsinin hər hansı bir ABŞ hökuməti ilə yox, ABŞ dövləti ilə bağlandığını vurğulayaraq, Trampın mövcud müddəalara riayət edərək, müqaviləni davam etdirdiyi təqdirdə iki ölkə arasındakı əlaqələrin həmişəlik dəyişəcəyini söyləyib.

 

Vudraffın Trampın bu məsələdəki davranışının mənfi olduğunu xatırladanda M.C.Zərif, belə deyib: “Çünki şüarı mənim olan şey, mənim, sənin olan isə, bazarlığa açıqdır. Bu alınan məsələ deyil”.

 

M.C.Zərif aparıcının, “Niyə İran uran zənginləşdirməyə ehtiyac duydu?”, - sualına isə, belə cavab verib: “Nüvə silahı hazırlamaq istəsəydik, pulunu ödədiyimiz müddət ərzində edərdik. Razılaşmada bir tərəfin öhdəliklərini yerinə yetirməməsi təqdirdə, digər tərəfin müqavilə üzrə öhdəliklərini geri çəkə biləcəyi məsələsində bir hökm var. Əgər ABŞ və Aİ öhdəliklərini yerinə yetirmirsə, bizim də buna haqqımız var deməkdir. Yeganə yolu budur, çünki nüvə müqaviləsi etimadsızlıq üzərində qurulmuş bir müqavilədir. Dürüst olaq, onlar bizə güvənmir, biz də onlara inanmırıq”.

 

Yəməndə davam edən müharibədə Ənsarullah ilə İranın əlaqələrini soruşan aparıcıya cavabında M.C.Zərif, belə deyib: “İranın Yəmən məsələsində atacağı mümkün addımlar arasında Səudiyyə rejimi ilə görüşmək var. Səudiyyə ilə diplomatik əlaqələrə malikik. Bu müharibə isə, hərbi yolla həll edilə bilməz. Bu səbəbdən bir-birimizə qarşı vuruşmaq əvəzinə bir-birimizlə danışmaq istəyirik. Bu görüşlər üçün hazırlıqlarımızı davam etdiririk və gerçəkləşməsi üçün dua edirəm”.

 

M.C.Zərifə sözügedən müzakirələr mövzusunda konkret bir faktın olub olmadığı soruşulanda isə, “Hələ yoxdur”, - cavabını verib.

 

İranın Ənsarullahla olan əlaqələri barədə də danışan M.C.Zərif, belə deyib: “Əgər ABŞ-ın müttəfiqləri şiddəti artıran qruplarla işləyirsə, biz də hər kəsin görməsi lazım olduğu kimi, işğala və xarici təcavüzkarlığa qarşı döyüşən və ərazi bütövlüyünü müdafiə edən xalqla işləyirik və xalqı dəstəkləyirik”.

 

Vudraffın Zəriflə həyata keçirdiyi söhbətinin ən diqqətçəkən mövzularından biri isə Suriya olub. Proqramda Vudraff ilə Zərif arasında baş verən Suriya dialoqu bu şəkildədir:

 

Vudraff: İran niyə öz xalqını öldürən və öz xalqı üzərində kimyəvi silah istifadə edən Suriya rejimini dəstəkləyir?

 

M.C.Zərif: Əvvəllər bunu dəfələrlə demişik. Biz Suriya ilə İŞİD-ə qarşı əməkdaşlıq edirik. Suriya kimin rəhbərlik edəcəyinə dair qərarı Suriya xalqı verəcək, siz və ya biz yox. ABŞ Bəşər Əsədin seçkilərə girməməsini təmin etməyə çalışdı. Ancaq onun öz xalqını öldürən bir qatil olduğuna inanırsınızsa, seçkiyə girəcəyini niyə düşünürsünüz? Ona xalq tərəfindən səs veriləcək. Edilməsi lazım olan yeganə şey azad və ədalətli seçki olmasını təmin etməkdir. Bizim gördüyümüz iş elə budur.

 

Vudraff: Əsədin azad və ədalətli seçkinin reallaşması üçün lazım olan demokratik prosesə icazə verəcəyini düşünürsünüz?

 

M.C.Zərif: Bəli, hesab edirəm və bunun üçün hamımız kömək etməliyik. Günün sonunda ən yaxşı qərarı xalq verir. Biz prosesin ədalətli və azad bir şəkildə işləməsini təmin edə bilərik. Bu əvvəldən də dediyimiz bir şey idi və bunu deməyə davam edəcəyik.

 

İranın əlindəki amerikalılar barədə də açıqlamalar verən M.C.Zərif, ABŞ-ın iranlıları həbs etməsi üçün digər ölkələrə də təzyiq etdiyini xatırladaraq, belə danışıb: “Mən hərtərəfli bir dəyişikliyə dəvət etdim. Ancaq təəssüf ki, ABŞ buna hazır deyil. İran birini buraxaraq, yaxşı niyyətini göstərdi. ABŞ isə cavab vermədi”.

 

M.C.Zərifin ABŞ xalqına mesajı isə, bu şəkildə oldu: “İran hökuməti münaqişə istəmir. Tək istədiyimiz, heç kim işlərimizə müdaxilə etməsin. Bu məncə Amerika xalqının asanlıqla başa düşəcəyi bir şeydir. Amerika xalqı da, başqalarının öz işlərinə cəlb olmalarını istəməz, Amerika inqilabını bu səbəbdən etdilər. Biz də, başqalarının işlərimizə müdaxilə etməsini istəmirik, bu qədər”.

ABŞ-da fəaliyyət göstərən PBS telekanalında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin qonaq olduğu bir proqram işıq üzü görüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-25-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap