header

 Elşad Mirinin qızını ABŞ-a göndərməsi barədəki videosuna... 3

Qeyrət davası edən insan Aşura günü məscid həyətində qadınların izdihamına özünü dürtüb fotoqraflıq etməzdi

Elşad Miri daha sonra həyasızcasına, layiq olduğu tənqidlərə güya cavab vermək üçün belə bir sual verir: "Peyğəmbərin sünnəsini yaşadığını iddia edən bu əxlaqsızlardan soruşuram: sonuncu peyğəmbərin hansısa qadının, qızının saçının açıq olmasıyla bağlı hansısa tənqidinə rast gəlmisinizmi? Bununla bağlı qızlarına nəsə dediyinə dair əlinizdə bircə dənə də olsa rəvayət varmı?" Biz də bu dardüşüncəli, əslində düşüncəsiz insandan soruşuruq: Sənin əlində o zamankı müsəlman qadınların, peyğəmbərin (s) xanımlarının, qızlarının hicabsız gəzdiyinə dair bircə dənə də olsa rəvayət varmı? O vaxt hicabsız gəzən yox idi ki, Peyğəmbər (s) çağırıb onları danlasın. Elə nəinki əsri səadətdə, ondan sonra, elə ötən əsrə qədər yaşayan qadınlar, böyük ehtimalla Elşad Mirinin nənəsi də kələğayılı olub. Çünki o zaman özünü müsəlman hesab edənlər örtünərdilər. Nəinki İslam dinində, hətta xristianlıqda, yəhudilikdə də bu, belə idi. Hazırda da xristian rahibələr başıaçıq gəzmirlər.


İkincisi, Peyğəmbərin (s) sünnəsindən danışan Elşad Miridən soruşuruq: Peyğəmbərimizin (s) nə vaxtsa onu tənqid edənlərə, təhqirin həddini aşıb min cür töhmətlər vuranlara, pis sifətləri həzrətə nisbət verənlərə "insanabənzər məxluqlar", "əxlaqsızlar", "şərəfsizlər" deyibmi? Nə üçün videonun başlığını "insanabənzər məxluqlar" qoymusan? Nə üçün camaata "əxlaqsız", "şərəfsiz" deyirsən?

Üçüncüsü, sən qeyrət davası edən insan olsaydın, Aşura günü məscid həyətlərində qadınların izdihamına soxulub fotoqraflıq etməz, şiə əleyhinə reportaj, yazı, video hazırlamaq üçün onların zəncir vurmalarını, sinə döymələrini, ağlamalarını lentə almazdın. Yox, əgər bu videodan xəbərin yoxsa internetdə axtar taparsan.

Dördüncüsü, sən nə vaxtdan rəvayət qəbul edən olmusan. Bəs özünə Qurani deyib Qurandan başqa heç nə qəbul etmirdin? Necə oldu ki, indi rəvayət tələb edirsən. Bir də ki, sənin axı məzhəbin, yolun bəlli deyil. İndi deyərsən ki, İslamda məzhəb söhbəti yoxdur, mən özümü müsəlman hesab edirəm. Hamı özünü müsəlman hesab edir. Sözümün canı budur ki, hansı hədis, rəvayət alimini , kitabını qəbul edirsən, onu de, ona görə danışaq.

Beşincisi, Sən İslamı doğru anlamadığın üçün hər şeyi məcburiyyət adlandırır və inkarçı mövqe tutursan. Əslində isə İslamda lazım gələndə məcburiyyət də vardır. Bir qadın əgər İslama riayət etməyib cəmiyyəti fəsada çəkirsə cəmiyyəti ondan qorumaq üçün lazımi tədbirlər görülür. Məgər sən İslamda cəzalar və qanunların olduğunu bilmirsən? Yoxsa özünü tülkülüyə vurmusan? 

Altıncısı, camaat əslində Elşadı qızının hicabsızlığına görə tənqid edir. O bədbəxt özü də anlamır, ya da özünü tülkülüyə vurub anlamaq istəmir ki, camaat onu savadsız da olsa ilahiyyatçı kimi tanıyıb nə üçün hicaba riayət etmədiyindən ötrü təəccüblənirlər. O isə başlayıb ki, mənim balaların elm əhlidir, üç əcnəbi dil bilir, gələcəyin alimləridir və güya cahillərin bunu gözü götürmür.

Yeddincisi, Elşad Quranın ilk əmri olan "oxu" sözündən danışır. Düzdür, Quranda ilk əmr "oxu" əmridir. Amma bu əmr kimə gəlib, ixlaslı bir bəndəyə. Oxumaq da Allah rzası üçün, ixlasla olmalıdır. Elşad Miri nə edir? Öz ailəsinin uğurundan və uğursuzluğundan şou düzəldir. Bax, bu danabaşa demək lazım idi ki, ay səviyyəsiz, sənə lazım idi ABŞ-a göndərdiyin balanı reklam edəsən, başına bu işlər gəlsin. Ağac bar verəndə başını aşağı salır. Hələ çıxışında abırsız-abırsız deyir ki, bir qızım velosipeddən yıxıldı heç kim kədərlənmədi. Deyən gərək ki, nə üçün qızının başına gələn işlərdən şou düzəldirsən. İndi bu öz aləmində düşünür ki, bu qızının velosiped sürdüyünü sosial şəbəkədə elan etsin, camaat desin ki, qız da velosiped sürər. Sonra Elşad da başlasın ki, din uşaqların oyunlarının qarşısını almır. Peyğəmbər olsaydı o da icazə verədi. Çünki daha gic-gic danışdığı mövzular tükənib, indi də bu cür vəziyyətlərdən şou düzəldir. Camaata "riyakar, ikiüzlü, xain" deyir, amma əsl riyakarlıq elə budur. Yəni Elşad Mirinin etdiyi. Əlbəttə, o deyir ki, qızımın şəklini qızların oxudulması üçün mesaj ünvanında paylaşmışam. Amma qızların oxumağının zəruriliyini cəmiyyətə göstərmək üçün elə kitab, məqalə yazıb cəmiyyətə təlqin də etmək olardı. Çünki Elşad Miri Müsəyləmətül-kəzzab kimidir, suyu az quyunu möcüzə sayəsində çoxaltmaq istəyəndə olan-qalan su da çəkilib gedir. İstədi cəmiyyətdə qız uşaqlarının oxumasını təlqin etsin, qız uşaqlarının oxumağa olan olan-qalan rəğbəti də itdi. Bu da Elşad Mirinin bəxtsizliyi.
Qeyrət davası edən insan Aşura günü məscid həyətində qadınların izdihamına özünü dürtüb fotoqraflıq etməzdi
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-23-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap