header

 Şeyx Zəkzaki yaxın günlərdə azad oluna bilər, iki dəfə infarkt keçirib

Nigeriya şiələrinin lideri Şeyx Zəkzakinin oğlu atasının azad olunması və səhhəti ilə bağlı yeni açıqlama verib.

Nigeriya şiələrinin lideri Şeyx Zəkzakinin oğlu atasının azad olunması və səhhəti ilə bağlı yeni açıqlama verib. 
 
Tashaio.com “ABNA”a istinadla xəbər verir ki, Şeyx İbrahim Zəkzakinin oğlu Məhəmməd İbrahim Zəkzaki bildirib ki, iyulun 13-də Atamla görüşmüşəm. “Ailəmiz və bir hüququ müdafiəçisi  görüşə getsədə hansısa səbəbdən yalnız mən və bir hüquq müdafiəçisi atamla görüşə bildi.  Kaduna dövlətinin bizə verdikləri vədlərə əməl etməsini gözləyirik.  Atam nəhayət Nigeriya hakimiyyətinin icazəsi ilə telefon əldə edib. Biz onunla əlaqə yarada bilirik.  Məhkəmə tarixi müəyyən edilb və xoş vədlər verilib. Bu çox yaxşı xəbərdir. Ancaq pis xəbər budur ki, atam ikinci dəfə infarkt keçirib. İlk infarktı iki həftə öncə keçirmişdi. Bizi dövlət rəsmilərinin verdiyi sözlərə əməl etməsini gözləyirik. Xüsusilə də atama xarici pasport verilməsini istəyirik. Xarici pasportun hazırlanması üçün lazım olan sənədlərin hamısnı biz bir gündə onlara təqdim etsəkdə təssüfki onlar pasport verməyi yubadırlar".
 
Qeyd edək ki, Nigeriya hökuməti Şeyx İbrahim Zəkzakinin azad olunaraq digər ölkədə müalicə alması üçün raızlıq verib. Bunun üçün yaxın günlərdə məhkəmə keçirilməsi və onun sərbəst buraxılması  ehtimal olunur. 
 
Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.  
 
Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
Nigeriya şiələrinin lideri Şeyx Zəkzakinin oğlu atasının azad olunması və səhhəti ilə bağlı yeni açıqlama verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap