Ayətullah Xamenei: İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq
Posted on :
Təqlid mərcələrinin
07/16/2019
Xəbər verdiyimiz kimi, Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin imam-cümələri ilə bu gün ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə görüşüb.
Xəbər verdiyimiz kimi, Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin imam-cümələri ilə bu gün ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə görüşüb.
Tashaio.com “Leader.ir”ə istinadla xəbər verir ki, görüş İslam İnqilabından sonra ilk cümə namazının qılınmasının 40-cı ildönümü münasibətilə baş tutub.
Görüşdə Ayətullah Xamenei cümə namazının fərdi, ictimai, siyasi, dini və beynəlxalq baxımdan olduqca mühüm və təsiredici rola malik olduğunu vurğulayıb
Ali Rəhbər Ayətullah Xamenei çıxışında Avropalıların tələbkar hərəkətlərini və Hərtərəfli Birgə Fəaliyyət Planının 11 maddəsi ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələrini tənqid edib. "İran HBFP-də öz öhdəliyinə əməl edib. Hazırda onların rəftar tərzinə görə öhdəliklərimizi azaltmışıq Avropalılar həyasızcasına deyirlər bunu niyə edirsiz. Siz Avropalılar öz öhdəliklərinizdən heç birini etməməsiz , hansı haqla bizdən istəyirsiz öhdəliklərimizə sadiq qalaq? Bilin ki, biz öhdəliklərimizi azaltmağa yeni başlamışıq, bu prosesi davam edəcək”.
Avropa ölkələrinin ən pis xüsusiyyəti təkəbbürlü olmalarıdır deyən Ali Rəhbər bildirib ki, qarşılarında zəif bir ölkə olsa bu işə yarayır. Amma qarşılarında Avropanı yaxşı tanıyan və dimdik duran ölkə varsa, Qərb məğlub olur.
Britaniya tərəfindən İran gəmisinin saxlanılmasını dəniz qudurluğu adlandıran Ali Rəhbər bu addımı sərt tənqid edib və bildirib ki, İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq. “Onlar öz xəbisliklərini aşkar şəkildə edirlər. Bizim gəmimizi dəniz quldurluğu edərək qaçırır lakin çalışırlar buna qanuni don geyindirsinlər. Onların bu addımı cavabsız qalmayacaq. Lazimi yerdə onlara cavab veriləcək”.
Görüşdə çıxışının davamında Ayətullah Xamenei cümə namazının əhəmiyyətindən danışıb və cümə namazı imamlarına tövsiyələr verib.
“Bilin ki, Cümə namazı ağır və böyük məsuliyyətdir. Özünəməxsus xüsusiyyəti var və bu imkanın qədrini bilməlisiz. Bu günki cəmiyyətin əsas ehtiyaclarından biri təqvadır. Təqva bütün maddi və mənəvi problemlərin həlli üçün zəmin yaradır. Cümə namazlarının xütbələrinəd bu haqda çoxlu danışılması zəruridir".
Ayətulllah Xamenei sosial şəbəkələrdə də təqvaya əməl olunmağın bu günki cəmiyyətin ehtiyaclarından biri adlandırıb. “Bu gün bizim problemlərimizdən biri sosial şəbəkələrdə yalan, şaiyə, töhmət və bu kimi məsələlərin geniş yayılmasıdır. Cümə namazlarında sosial şəbəkələrdə də təqvaya əməl olunması haqda maarifləndirilmə aparılmalıdır.