Kazimeyn İmamlarının (ə) hərəminin qapılarının tamamlanma işləri aparılır
Posted on : Digər sahələr 07/11/2019
Kazimeyn İmamlarının (ə) hərəminin qapılarının hazırlanması 2011-ci ildə Məşhəd şəhərində başlanmışdır. İndiyə qədər 16 qapıdan 13-ü hazırlanaraq hərəmdə istifadəyə verilmişdir. Qalan 3 qapı isə tamamlanma mərhələsindədir.

"Tashaio.com"un İqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, qapıların hazırlanmasında fındıq və çinar ağaclarından istifadə olunmuşdur. Qapılar poliesterlə örtülmüşdür. Qapıların əsas hissəsi qızıl suyuna çəkilmiş mis örtüklə örtülmüşdür. Qapının hazırlanmasında 40 usta işləyir. Onlar örütük üzərində yazı yazmalarla, oyuqlar açmaqla, müəyyən düyünər vurmaqla məşğuldur.
Hazırda qapılar tamamlanmış vəziyyətdədir və son olaraq onların üzərində zərgərlik işləri aparılır. Qapılar hazırlanandan sonra Kazimeyn İmamlarının (ə) türbəsi arxasında yerləşən Səfəvi məscidində bərkidilərək istifadəyə veriləcək.