ŞOK: Türkiyədə İŞİD bazası tapıldı – Fotolar
Posted on : qafqaz 10/16/2017 12:59:31 PM
Almaniyanın dövlət kanalı İŞİD üzvünə dəstək vermək üçün Suriya və İraqa gedən döyüşçülərin bazasını nümayiş etdirib.
“Ərdəbil Məhde Təşəyyo ” -ın “Axar.az”-a istinadən verdiyi məlumata görə, Türkiyənin Qaziantep şəhərində təlim bazasında təşkilatlanan gənclərin sərhədi necə keçmələri efirdə görüntülənib.
Məlumatda deyilir ki, Almaniyadan 400 nəfər İŞİD-ə qoşulmağa gedib. Hamburqda vəkil olan Mahmud Ərdəm iddia edib ki, Avropadan İŞİD-ə qatılan gənclərin beyinlərinin yuyulmasında Türkiyə xüsusi xidmət orqanlarının rolu var: “Avropada cameələrə nəzarət olunmalıdır. Müsəlman gənclər oradan aparılır. Çünki məscidlər İŞİD-in yuvasına çevrilib. Türkiyə sərhədində isə kontrol yoxdur”.