header

 İstanbulda məğlubiyyət-Təhlil

İstanbulda “Cümhuriyyət Xalq Partiyası” (CHP), Ədalət və İnkişaf Partiyasından (AKP) irəli keçdi. Əkrəm İmamoğlu İstanbulun bələdiyyə sədri oldu və AKP-nin baş katibi Binəli Yıldırım meydanı müasir Türkiyənin Mustafa Kamal Atatürk tərəfindən təsis edilmiş ən qədim partiyasının nümayəndəsinə təhvil verdi.

Ərdoğanın fikrincə, İstanbul hər kimin əlində olsa, Türkiyə onun əlindədir. Bu baxışa əsasən, İstanbulu itirmək Ərdoğan üçün məğlubiyyət hesab olunur. O, ötən il prezident seçkilərində də bu ölkənin İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərində də o qədər uğur qazana bilməmişdi.

O, həm bələdiyyə sədri olmuş, həm baş nazir, həm də prezident. Dövlət quruluşunun parlamentlikdən prezidentliyə keçməsi də onun dövründə baş tutumuşdur.

Ərdoğanın siyasi davranışı qısamüddətli davranışların bir hissəsidir. Onun siyasi davranışları ilə tanış olduqda məlum olur ki, öz dost və rəqibləri ilə qarşılaşmada hakimiyyət prinsipi əsasında rəftar etmişdir. Müxtəlif vaxtlarda Ərdoğanın dostları geniş qruplar cinahından tutmuş, radikal və liberal adamlardan ibarət olmuşdur. O, hər hansı böhrana fürsət gözü ilə baxmış və öz siyasi hərəkətlərini günün tələbinə uyğun həyata keçirməyə səy etmişdir. 1997-ci ildən 2019-cu ilədək Türkiyə üçün türk çəkməsi olmağa, əgər mümkün olarsa, Davudoğlu ilə birlikdə gerçəkləşməsinə can atdığı Yeni Osmanlı üçün Osman Qazi olmağa təlaş etmişdir. Həmçinin, hər dövrdə və hər böhranla qarşılaşdıqda özü üçün yeni dostlar axtarmış və onların sorağına çıxmışdır. İran, Avropa, sionist rejimini Ərdoğanın qısamüddətli və uzunmüddətli xarici siyasətinin tənzimlənməsində üç əsas amil kimi görmək lazımdır. Əlbəttə, bu arada Osmanlının ən qədim düşməni kimi Ərəbistanı da unutmaq olmaz. Abdullah Gül, Ərdoğan və Davudoğlu üçbucağı AKP üçün ən yüksək qüdrət gətirsə də, indi bu üçbucaq bir arada deyildir.

Bəs görəsən, Ərdoğanın zəifləməsi islamçıların zəifləməsi deməkdirmi? Ərdoğan son 20 ildə Türkiyədə islamçıların ən məşhur siması olsa da, bu suala cavab vermək tezdir. Mərhum Ərbəkandan bu yana Türkiyə hadisələri göstərmişdir ki, Türkiyədə islamçılıq artmaqda və güclənməkdə olmuşdur. İllər sonra sekular hərəkatın islamçılar hərəkatı qarşısında yenidən güclənməsinin səbbələrini həm Ərdoğanın davranışlarında, həm də onun dostlarının davranışlarında axtarmaq olar.

Türkiyənin Cümhuriyyət Xalq Partiyası hakimiyyəti dövrünə qayıtması elə də ağlabatan görünmür. Çünki Ərdoğan isbat etdi ki, İstanbul bütün əzəmətinə baxmayaraq heç də bütün Türkiyə demək deyil. Əlbəttə, Ərdoğan özü də bütün Türkiyə deyil.

Sual budur ki, Türkiyənin son dəyişiklik oyununda Gülən və nurçuların yeri haradır?

Yazar: Məhdi Nalbəndi

İstanbulda “Cümhuriyyət Xalq Partiyası” (CHP), Ədalət və İnkişaf Partiyasından (AKP) irəli keçdi. Əkrəm İmamoğlu İstanbulun bələdiyyə sədri oldu və AKP-nin baş katibi Binəli Yıldırım meydanı müasir Türkiyənin Mustafa Kamal Atatürk tərəfindən təsis edilmiş ən qədim partiyasının nümayəndəsinə təhvil verdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap