header

 Ayətullah Həmədani: “İnsan haqlarını müdafiə etdiyini deyənlər terrorçu yetişdirir”

İranın böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani insan hüquqlarını müdafiə etdiklərini iddia edənlərin terrorçu hazırladıqlarını bildirərək, belə deyib: “Hal-hazırda da yüzlərlə münafiq terrorçu insan hüquqlarını müdafiə etdiklərini iddia edən ölkələrdə terror təlimi keçir”.

Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, Ayətullah Nuri Həmədani “Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin nəzərində Amerikanın insan haqları” beynəlxalq konfransına göndərdiyi mesajında, 17 min iranlı vətəndaşın münafiqlər terror təşkilatı tərəfindən şəhid edildiyinə işarə edərək belə deyib: “İslam Respublikası partiyasının mərkəzi binasında həyata keçirilən terror hücumunda 72 nəfərin şəhid olması, Səddam rejiminin Sərdəşt şəhərinə kimyəvi hücumunda 119 nəfərin şəhid olması və İran sərnişin təyyarəsinin vurulduğu hadisədə 290 nəfərin şəhid olması Amerika dövlətinin İrana qarşı törətdiyi cinayətlərin kiçik nümunələridir”.

Ayətullah Nuri Həmədani, həmçinin Amerikanın Yaponiya, Vyetnam, Əfqanıstan, İraq və digər ölkələrdə törətdiyi cinayətlərə də işarə edərək, Amerika dövlətinin indiyə qədər dünya üzrə 60 milli və xalq rəhbərliyini devirdiyini və yerinə öz oyuncaq rejimlərini gətirdiyini qeyd edib.

Həqiqi insan haqlarının ancaq İslam dinində mövcud olduğunu bildirərək, İslam dininin həmişə insanları, zəifləri, zəiflədilmişləri və məzlumları müdafiə etməyə və zalımlar və kafirlərlə mübarizəyə dəvət etdiyini vurğulayıb.

“Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin nəzərində Amerikanın insan haqları” beynəlxalq konfrans çərşənbə günü Tehranda işinə başlayıb. Konfrans bu gün (3 iyul) Qum şəhərində sona çatır.

İranın böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani insan hüquqlarını müdafiə etdiklərini iddia edənlərin terrorçu hazırladıqlarını bildirərək, belə deyib: “Hal-hazırda da yüzlərlə münafiq terrorçu insan hüquqlarını müdafiə etdiklərini iddia edən ölkələrdə terror təlimi keçir”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap