header

 Ayətullah Xamenei: ABŞ-ın müzakirələrdən məqsədi İranı tərksilah etmək və iqtidarını zəiflətməkdir

"Bu gün ABŞ mənfur və xəbis siyasət apararaq müharibə, təfriqə ilə başqa dövlət və xalqları qarət edir, şərafətli İran xalqını təhqir və ittiham edir. Lakin İslam Respublikası ABŞ-ın bu çirkin əməlləri qarşısında heç zaman geri çəkilmyəcək."

Tashaio.com “Leader.ir” saytına istinadla xəbər verir ki, bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün  Ayətullah Şəhid Behiştinin şəhadət ildönümü və  Məhkəmə işçilərinin həftəsi münasibətilə Məhkəmə Sisteminin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşündə deyib. 
 
Ayətullah Xamenei bildirib ki, ABŞ-ın İrana qarşı olan sanksiyaları zülmün bariz nümunəsidir. "Bütün bunlara baxmayaraq biz Allahın lütfüylə möhkəm dağ kimi onların qarşısında dayanıb və qətiyyətlə hərəkət etməyə davam edirik". 
 
ABŞ-ın müzakirə təklifinə münasibət bildirən Ali Rəhbər qeyd edib ki,  bu hiylədən başqa bir şey deyil. "Düşmən təzyiq və sanksiyalarla hədəfinə çata bilmədiyi üçün "müzakirə"yə əl atır. Onlar İran xalqını sadəlöv hesab edir. "İran xalqı inkişaf etməlidir" kimi sözlər deyirlər. Əlbəttə biz inkişaf edirik, edəcəyik də amma siz olmadan. Bu şərtlərlə bizə yaxınlaşmayın.”
 
Müzakirələrin əsas məqsədinin İranı tərksilah etmək və iqtidarını zəiflətmək olduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki, düşmən bizim güclənməmizdən qorxur. “Buna görə İrandan silah və iqtidiarı müzakirə yolu ilə almaq istəyir ki, başına istədiyi oyunu gətirsin. Müzakirələrdə onun sözlərini qəbul etsəniz, millətin atasın yandıracaqlar, qəbul etməsəniz  İran əleyhinə təbliğat və təzyiqlər davam edəcək"
 
Ayətullah Xamenei ABŞ-ın insan haqlarını sadəcə bir vasitə olaraq istifadə etdiyini bildirib. "Siz 300 günahsız sərnişini səmada öldürüldünüz,  Səudiyyə Ərəbistanının yardımı ilə Yəməndə  cinayətlərin törədiniz və indi insan haqlarından danışırsınız?." 
"Bu gün ABŞ mənfur və xəbis siyasət apararaq müharibə, təfriqə ilə başqa dövlət və xalqları qarət edir, şərafətli İran xalqını təhqir və ittiham edir. Lakin İslam Respublikası ABŞ-ın bu çirkin əməlləri qarşısında heç zaman geri çəkilmyəcək."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-26-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap