header

 Möminlər behiştdə Allahı görə bilərmi?

Əba Sələt nəql edir: “İmam Rzadan (ə) soruşdum: Bu hədisin mənasını izah edin: “İman əhli behiştdəki məqam və mənzillərindən Allahı ziyarət edərlər”.

Həzrət İmam Rza (ə) cavabında buyurdu: “Ey Əba Sələt! Allah Təala Muhəmmədi (s) bütün məxluqlardan, hətta mələklər və əzəmətli peyğəmbərlərdən də üstün etmişdir. Onunla beyət etməyi – Özü ilə beyət etmək qərar vermişdir. Dünya və axirətdə Peyğəmbərlə (s) görüşməyi və ziyarəti – Özü ilə görüşmək və ziyarət etmək kimi hesab etmişdir”.

 

Bu iddianın dəlili kimi Alah buyurur: “Allahın Peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik”. (“Nisa” 80).

 

“Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər – əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) – Allahın əlidir.

Buna görə də kim əhdi pozsa – yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) – tezliklə ona böyük bir mükafat verəcəkdir”. (“Fəth” 10).

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mən həyatda olan zaman və öləndən sonra məni ziyarət etməyə gələr – Allahı ziyarət etmiş olar”. (Tebyan)

 

Əziz Peyğəmbərin (s) axirətdəki məqamı bütün məxluqlardan daha ucadır. Ona görə də hər kim behiştdə Həzrəti (s) ziyarət edərsə, əslində Allah Təalanı ziyarət etmiş olar.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-23-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap