Berni Sanders: “Tramp dünyada ən təhlükəli prezidentdir”
Posted on : Digər sahələr 06/22/2019
2020-ci ilə prezidentliyə namizədliyini irəli sürmüş senator demokrat Berni Sanders, ABŞ-ın hazırkı prezidentini xarakterizə edərək, onu dünyanın ən təhlükəli prezidenti adlandırmışdır.
2020-ci ilə prezidentliyə namizədliyini irəli sürmüş senator demokrat Berni Sanders, ABŞ-ın hazırkı prezidentini xarakterizə edərək, onu dünyanın ən təhlükəli prezidenti adlandırmışdır.
"Tashaio.com"un Parstoday.com-a istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla senator minlərlə tərəfdarları önündə çıxış etmişdir. “Demokratik partiya tərəfindən namizədin qələbə qazanmasında iştirakçıya çevrilmiş sizlərin hamınıza təşəkkür etmək istəyirəm. Bu nəinki Demokrat partiyanın qələbəsinə çevriləcək, hətta Amerikanın müasir tarixində ən təhlükəli sayılan Trampın məğlubiyyətinə də səbəb olacaq”, - deyə senator bildirmişdir.
Sanders əlavə edərək bildirmişdir ki, Trampın başçılıq etdiyi Amerikada milyonlarla insanlar özlərini normal təmin edə bilmir, universitet tələbələrin çoxlu borcları yığılıb, ölkənin infrastrukturu göz qabağında dağılmaqdadır, orta əmək haqqı artıq 10 ildir ki, qaldırılmayıb, orta hesabla hər il, 40 minə yaxın amerikalı zorakılığa məruz qalaraq odlu silahdan qətlə yetirilir.