header

 Namaz – insanı Allaha yaxınşdıran bir vasitə

İdmanla məşğul olmayan insanın cismi zəif və gücsüz olur. Kimliyindən asılı olmayaraq, cismən güclü və çəkili görünən insan idman etmədiyi, daim yeyib-yatdığı təqdirdə, bədəni zəifləyəcək. Bunda heç bir şəkk-şübhə yoxdur. İdman etməyən insan lazımi güc və qüdrətə, idmansız cismani gözəlliyə sahib ola bilmədiyi kimi, ruh da eynilə belədir. İdmansız, məşqsiz və zəhmətsiz ruhunuz güclü ola bilməz.

Nə çox insan var ki, cismən güclü və gözəl görünsə də, ruhən çox arıq və çirkindir, zəif və gücsüzdür. Bunun faydası yoxdur. Bütün ibadətlərdə məqsəd ruhani idman və məşq vasitəsilə tərbiyə olunmaq və tərəqqi etməkdir. Əlbəttə, ibadətlərlə tanış olmaq zərurətdir. İbadətlər də həm cismani, həm də ruhani xüsusiyyətə sahibdir. İbadətlərin yalnız cisminə önəm vermək kifayət etməz. İnsan namaz halında zikrlərə diqqət etməzsə, nə dediyinə və kiminlə danışdığına fikir verməzsə, ümumiyyətlə, namazın məzmununu qəflətlə icra edərsə, bu namaz təsirsiz olar.

Əlbəttə, ərəb dili ilə tanış olmayan, namazın kəlmə və cümlələrinin mənasını bilməyənlər, elə bu qədər diqqətli olasalar ki, namaz halında Allah-Taala ilə danışır və Onu yad edirlər, bunun özü də faydalıdır. Amma namazın mənasını öyrənmək üçün çalışmalısınız. Namazın mənasını öyrənmək çox asan bir məsələdir. Tez bir zamanda bu neçə cümlənin (namazın sözlərinin) tərcüməsini öyrənə bilərsiniz. Namazı, onun mənasına diqqət yetirməklə qılın. Bu cür namaz insanı Allaha yaxınlaşdırır. Bəli, namaz təqvalı insanı Allaha yaxınlaşdıran bir vasitədir.

(“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları – 1369/2/6.)

İdmanla məşğul olmayan insanın cismi zəif və gücsüz olur. Kimliyindən asılı olmayaraq, cismən güclü və çəkili görünən insan idman etmədiyi, daim yeyib-yatdığı təqdirdə, bədəni zəifləyəcək. Bunda heç bir şəkk-şübhə yoxdur. İdman etməyən insan lazımi güc və qüdrətə, idmansız cismani gözəlliyə sahib ola bilmədiyi kimi, ruh da eynilə belədir. İdmansız, məşqsiz və zəhmətsiz ruhunuz güclü ola bilməz.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap