header

 Sidneydə İslami və müasir üsluba uyğun məscid inşa edillib

"Tashaio.com"un İqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, Avstraliyada yerləşən Pançbol məscidi Sidney ətrafında yerləşir. Məscidin tikilişində İslami və müasir dizayna xas elementlərdən istifadə olunub. Tikilişə 1996-cı ildə qərar verilsə də, bəzi yerli orqanların razılıq verməməsinə görə, lisenziyanın alınmasına 17 il sərf olunmuşdur.

 

Məscid özəl arxitekturaya malikdir. Məscidin tavanı pilləkənvari taxta günbəzlərlə bəzədilib. Günbəzlərdə qoyulmuş dəliklər məscidin təbii işıqlandırılma və havalandırılması üçün böyük rol oynayır. Məscidin günbəzində qızılla yazılmış Allahın 99 adı ibadət yerinə xüsusi gözəllik verir. Məsciddə ornamentlərə və rənglərə rast gəlmək olmur. Müəyyən yerlərdə daşlardan və taxtalardan istifadə olunmuşdur. Məscid iki həyətə malikdir.

 

Məscidin layihəsi 10 il bundan qabaq Anjela Kandalesu tərəfindən hazırlanmışdır. 550 kvadrat metr sahəsinə malik olan məscid 2017-ci ildə istifadəyə verilmişdir.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-11-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap