header

 İlahi nemətlərə çatmağın yolu

Tashaio.com günün hədisini təqdim edir:
 
İmam Baqir (ə) öz dostlarından birinə buyurdu:
 
أَبْلِغْ شِيعَتَنَا أَنَّـهُ لا يُنَالُ مٰا عِنْدَ اللهِ إِلاَّ بِعَمَلٍ
“Bizim şiələrimizə çatdır ki, əməldən başqa bir yolla ilahi nemətlərə çatmaq qeyri-mümkündür.”
 
(“Üsuli-kafi”, c.2, səh.300.)
 
Qısa izah
İmam Baqirin (ə) buyurduğu bu kəlam sözdə özünü şiə adlandırıb Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət göstərən və bu yolla Allah dərgahında müəyyən məqamlar əldə edəcəyini düşünən əməlsiz şəxsə tutarlı bir cavabdır. Məlum məsələdir ki, İslam dini əmələ əsaslanır. Həqiqi şiə öz əməlləri və nəzərdə tutduğu plan üzrə İmam Əli (ə) və Əhli-beytin (ə) əmr və göstərişlərini izləyən, onun əsasında əməl edən şəxsdir. Şiəlik “müşayiət” kökündən götürülmüşdür və ümumi mənada “müəyyən bir şəxsin ardınca getmək və onu izləmək”, xas mənada isə Peyğəmbər (s) və Əhli-beytin (ə) yolu ilə getmək mənasını daşıyır.
 
Əql və məntiqə əsaslanaraq Allah süfrəsi kənarında əməlsizlərə yer verilməyəcəyini dərk etmək mümkündür.
Maide.az – Maarif bölümü
 

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-11-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap