Suriya ordusu son 3 gündə Hama-İdlib oxunda 150 yaraqlını öldürdü
Posted on : Digər sahələr 06/10/2019
Suriyada Hama-İdlib oxunda qarşıdurmalar şiddətlə davam edərkən, Suriya ordusu son 3 gündə təkfirçi qruplaşmaların 150 yaraqlısını öldürdüyünü açıqlayıb.
Suriyada Hama-İdlib oxunda qarşıdurmalar şiddətlə davam edərkən, Suriya ordusu son 3 gündə təkfirçi qruplaşmaların 150 yaraqlısını öldürdüyünü açıqlayıb.
Tashaio.com Al-Masdar-a istinadən xəbər verir ki, öldürülən yaraqlıların Əl-Qaidə ilə əlaqəli Heyət Təhrir Əş-Şam ilə Suriya Milli Qurtuluş Cəbhəsi və Ceyşul İzzə terror qruplaşmalarının üzvləri olduğu bildirilir.
Ceyşul-İzzənin üç komandirinin də qarşıdurmalarda öldüyü, öldürülən şəxslərin adlarının təşkilat tərəfindən açıqlandığı qeyd olunub.
Suriya ordusunun da şiddətli qarşıdurmalarda ciddi itkilər verdiyi və 50 əsgərini şəhid verdiyi bildirilib.
Xəbərə əsasən, itkilərin böyük hissəsi qarşıdurmaların ilk saatında baş verib.
Suriya ordusu itirdikləri bütün əraziləri azad etməyə çalışır.