header

 İsrail rejimi qüvvələri Ramazan bayramında 37 fələstinlini nəzarətə götürüb

İsrail rejimi qüvvələrinin Ramazan bayramı boyunca İordan çayının qərb sahili və Qüdsdə 3-ü qız olmaqla, 37 fələstinlini nəzarətə götürdüyü açıqlanıb.

İsrail rejimi qüvvələrinin Ramazan bayramı boyunca İordan çayının qərb sahili və Qüdsdə 3-ü qız olmaqla, 37 fələstinlini nəzarətə götürdüyü açıqlanıb.
 
Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, Fələstinli Əsir Klubu mövzuyla əlaqədar verdiiyi açıqlamada bayram müddətində saxlanılmaların çoxunun Cənin vilayətində olduğunu bildirib.
 
Cənində ikisi qız olmaqla, 11 nəfərin nəzarətə alındığını bildirən Əsirlər Klubu bayram ərzində Qüdsdə də biri qız olmaqla, 6 nəfərin nəzarətə götürüldüyünü qeyd edib.
 
Fələstinli Əsirlər Klubu İsrail rejimi qüvvələrinin bayramda Kalkiliyada 5, Beytlahimdə 5, Ramallahda 4, Tubasda 3 nəfəri saxladığını diqqətə çatdırıb.
 
Açıqlamada bayram boyunca İsrail rejimi qüvvələrinin əl-Xəlildə iki nəfəri saxladığı, onlardan birinin yaşının 18-dən az olduğu və Tulkərəmdə də bir nəfərin İsrail rejimi qüvvələri tərəfindən nəzarətə götürüldüyü qeyd edilib.
İsrail rejimi qüvvələrinin Ramazan bayramı boyunca İordan çayının qərb sahili və Qüdsdə 3-ü qız olmaqla, 37 fələstinlini nəzarətə götürdüyü açıqlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap