header

 General: Körfəzdəki ilk atəşdə neft 100 dollar olacaq

İranın ordu generalı, Ali liderin hərbi məsələlər üzrə məsləhətçisi Seyid Yəhya Səfəvi "Fars" agentliyinə açıqlamasında bölgədəki gərginlik barədə danışıb. O bildirib ki, Amerikanın rayonda 25 hərbi bazası, o cümlədən Qətərdə Hərbi Hava Qüvvələri və Bəhreyndə Hərbi Dəniz Qüvvələrində 20 min hərbçisi var.

Tashaio.com-in məlumatına görə, general, "Amerika yaxşı bilir ki, onların bütün bazaları, o cümlədən İranın sahil sularından 300 km məsafədə Fars körfəzində yerləşən gəmilər İran raketlərinin nəzarəti altındadır.

"İranla müharibə hərbi və iqtisadi itkilərlə nəticələnəcək. Əgər Tramp doğrudan da iqtisadçıdırsa, o heç zamanla İranla müharibəyə cəhd göstərməz", - general bildirib.

Səfəvi həmçinin qeyd edib ki, Fars körfəzində açılan ilk atəşdən sonra neftin qiyməti 100 dollar olacaq və bu da nə ABŞ-a, nə Avropaya, nə Amerikanın dostları olan Yaponiya və Cənubi Koreyaya sərf etmir: 

"Biz hər zaman pis ssenariləri görürük. Buna görə də müharibəyə hazır olmalıyıq və döyüşməyə hazırıq. ABŞ siyasi, hərbi cəhətdən gərgindir və 2 həftə əvvəl geri çəkilməyə başlayıb. Bu gün bizim güclü ordumuz Ali baş komandanın rəhbərliyi altında tam hazır vəziyyətdədir və Qərbi Asiyada güclü böyük hərbi gücümüz var. İraq, Əfqanıstan müharibəsini yaşayan amerikalı hərbçilər İrana qarşı müharibəyə razı olmayacaqlar. Çünki İranın onlara gözlənilməz bir strategiya tətbiq edəcəyini və şok yaşadacağını bilirlər. Onlar bilirlər ki, İran hərbi strategiyasının bir çoxunu aşkar etməyib və xarici qüvvələri şoka salacaq gücə malikdirlər. Amerikalılar heç zaman öz qullarına qarşı dürüst olmayıblar, eyni ilə Şah Pəhləviyə, Zeynalabidin bin Əliyə, Hüsnü Mübarəkə, Qəddafiyə olduğu kimi. ABŞ-ın, sionist rejimin və bəzi ərəb dövlətlərinin gücü azalmaqdadır. Və onlar Amerika Qərbi Asiyadan gedəcəyi kimi hakimiyyətdən gedəcəklər. İran regondakı ölkələrin daimi qonşusudur. Əgər bu ölkələr müdrük düşünsələr, Amerikanın təsiri altında olmayacaqlar. Çünki Amerika onlara süd verən inək kimi xitab edir."

İranın ordu generalı, Ali liderin hərbi məsələlər üzrə məsləhətçisi Seyid Yəhya Səfəvi "Fars" agentliyinə açıqlamasında bölgədəki gərginlik barədə danışıb. O bildirib ki, Amerikanın rayonda 25 hərbi bazası, o cümlədən Qətərdə Hərbi Hava Qüvvələri və Bəhreyndə Hərbi Dəniz Qüvvələrində 20 min hərbçisi var.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap